Ermənilər Zəngəzurdan Qarabağa 3-cü YOL ÇƏKİR
Ötən gün Azərbaycanın işğal altındakı Qarabağ torpaqlarına 3-cü yolun tikintisi barədə anons verildi.
Versus.az xəbər verir ki, Qarabağdakı qondarma rejimin yeni rəhbəri Araik Arutunyan Qubadlı rayonu ərazisinə gələrək, burada taxıl yığımı prosesinə baxış keçirib.
O, Arazboyu ərazilərin məskunlaşdırılması və Ermənistanla Qarabağın inteqrasiya prosesinin sürətləndirilməsi üçün Xocavənd rayonunun Hadrut qəsəbəsi ilə Zəngəzurun Xınzırək kəndini birləşdirəcək yolun tikiləcəyini anons edib.
Uzunluğu 90 kilometrə yaxın olacaq Xınzırək-Hadrut yolu Azərbaycanın Qubadlı və Zəngilan, Ermənistanın isə Gorus rayonunu ərazilərindən keçəcək.
Yolun 2021-ci ilin sonu, 2022-ci ilin əvvəllərində istifadəyə verilməsi nəzərdə tutulur. /modern.az/
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"