Magistraturaya ixtisas seçimi edən bakalavrların sayı açıqlandı
2020/2021-ci tədris ilində ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisas seçimi ilə bağlı ərizəsi təsdiq edilmiş bakalavrların son sayı açıqlanıb.
Versus.Az xəbər verir ki, indiyədək 1800 bakalavrın ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisas seçimi ilə bağlı ərizəsi təsdiq olunub.
Onların 1651 nəfəri Azərbaycan bölməsi, 149 nəfəri rus bölməsi üzrə ərizəsini təsdiq edib.
Qeyd edək ki, bakalavrlar iyunun 18-dək ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə proqram və ixtisaslaşma seçimini aparmalıdırlar.
Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaq.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"