43 mindən çox uşaq QEYDİYYATDAN keçib
Paytaxt üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinə və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I siniflərinə qəbul olmaq üçün elektron sistem vasitəsilə 43 395 müraciət edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Versus.az-a verilən məlumata görə, BŞTİ-nin tabeliyində 309 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 317 məktəb və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.
2019-2020-ci tədris ilində BŞTİ-nin tabeliyindəki məktəblərdə 440 426 şagirdin təlim-tərbiyəsi ilə 27 786 müəllim məşğul olub.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərini 45 573, IX siniflərini 30 888, XI siniflərini 19 612, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 124 nəfər bitirib.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"