Onları unutmağa haqqımız yoxdur
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid soydaşımız Allahverdi Teymur oğlu Bağırovun xatirə günüdür.
Versus.Az xəbər verir ki, 1988-ci ilin payızında başlanan Azərbaycan xalq hərəkatının öncüllərindən olub Eldar və Allahverdi Bağırov qardaşları.
A.Bağırov rəhbərlik etdiyi hərbi hissənin şəxsi heyəti ilə birgə Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.
Xocalı soyqırımının ağır nəticələrinin aradan qaldırılmasında A.Bağırov və onun tabeçiliyindəki zabit, gizir və əsgərlər xüsusi dəstək göstərdilər.
Mikayıl Gözəlov, Allahverdi Bağırov, Şirin Mirzəyev, Eldar Bağırov, Ramiz Qəmbərov, Əliyar Əliyev, İslam Quliyev kimi nər oğulların müəmmalı şəkildə öldürülməsi nəticə etibarı ilə torpaqlarımızın işğalı ilə nəticələndi.
Allah-Taala cəmi dünyasın dəyişənlərimizin, eyni zamanda, şəhidlərimizin ruhlarını şad eləsin. Amin.
Şamil Sabiroğlu
/"Xocalı Soyqırımını Tanıtma"ictimai birliyinin sədri,
Vətən müharibəsi veteranı/
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"