Deputat Qurtuluş Gününə həsr olunmuş onlayn Elmi-praktik konfransa qatılıb
Millət vəkili, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ADPU-nun Quba filialının təşkilatçılığı ilə keçirilən 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş onlayn Elmi-praktik konfransda geniş məruzə ilə çıxış edib.
Versus.Az xəbər verir ki, Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialının təşkilatçılığı ilə keçirilən elmi-praktiki konfrans universitetin sosial şəbəkə hesablarında canlı yayınlanıb.
Millət vəkili Qənirə Paşayeva universitetin bütün kollektivini Milli Qurtuluş günü münasibətilə təbrik edib, bu günün tariximizdəki önəmli yeri barədə danışıb.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan üçün böyük xidmətlərindən danışan Qənirə Paşayeva gəncləri yaxşı oxumağa, hansı işdə çalışmalarından asılı olmayaraq öz işlərində peşəkar olmağa, tariximizi, mədəniyyətimizi dərindən öyrənməyə çağırıb.
Millət vəkili həmçinin bildirib ki, Vətənin, Millətin maraqlarını öz şəxsi maraqlarımızdan və hər şeydən üstün tutmalıyıq. Bizim hamımız üçün Azərbaycandan dəyərli heç nə ola bilməz, hamımız ölkəmizin daha da inkişafı üçün daha da çox çalışmalıyıq deyən Qənirə Paşayeva 15 iyun - Milli Qurtuluş gününün xalqımız və dövlətimiz üçün əhəmiyyəti ilə bağlı geniş məruzə ilə çıxış edib.
PƏRİ
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"