"Bu müəllimlərə ikinci iş yerində işləməyə icazə verilmir"

15:54 16-06-2020 | icon 478 | Təhsil
"Bu müəllimlərə ikinci iş yerində işləməyə icazə verilmir"

Azərbaycanda yeganə olaraq, ibtidai sinif müəllimlərinin əvəzçilik qaydasında, ikinci iş yerində işləməsinə icazə verilmir.

 

Versus.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

 

O deyib ki, mövcud qaydalara görə, əgər ibtidai sinif müəllimləri bir və ya iki məktəbdə ikinci sinifdə tədris aparacaqlarsa, buna yerli təhsil idarəetmə orqanları razılıq verməlidirlər. Bu kimi hallara ən ekstremal vəziyyətlərdə icazə verilir:

 

"Bunun üçün xüsusi tələbat olmalıdır. Ancaq hazırda kadr proseslərinin tənzimlənməsi zamanı o qənaətə gəlmək mümkündür ki, ölkənin istənilən bölgəsində məktəbləri ibtidai sinif müəllimləri ilə tam şəkildə təmin edə bilirik. Rus bölməsi istisna olmaqla, Azərbaycan bölməsində ibtidai sinif müəllimi çatışmazlığı yoxdur".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...