Ali məktəblərə keçid balları AÇIQLANDI

13:55 17-06-2020 | icon 488 | Təhsil
Ali məktəblərə keçid balları AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi "Abituriyent" jurnalının 2-ci sayını nəşr edərək satışa çıxarıb.




Dövlət İmtahan Mərkəzindən Versus.az-a verilən məlumata görə, "Abituriyent" jurnalının 2-ci sayında 2020/2021-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə tələbə qəbulu elanının tam mətni, ixtisaslar üzrə müsabiqə şərtləri, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri və digər zəruri materiallar dərc edilib.

 

Jurnalda, həmçinin 2019-cu ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları, imtahan fənləri üzrə qəbul imtahanlarında istifadə olunmuş bəzi test tapşırıqlarının izahı və tövsiyələr, həmçinin yazılı şəkildə cavablandırılması tələb olunan (situasiya, mətn və mənbə əsasında hazırlanan) tapşırıqların izahı, qiymətləndirmə meyarları, elmi-metodiki təhlili və statistik göstəri­ciləri də dərc olunub.

 

Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

  • Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M;
  • Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bayrağımız Qarabağda dalğalanmadıqca içimiz rahat deyildi, bu gün isə..."

Zəfər gününün ruhu, qüdrəti ilə vüqarla dalğalanan BAYRAĞIMIZ

“Zəfərimiz, bayrağımız müqəddəsdir, mənfurların vurduğu ləkəni götürməz”

İTP başqanı Prezident İlham Əliyevi TƏBRİK ETDİ

Qulağınızda gizlənən təhlükəli XƏSTƏLİK

COP29-da iştirak üçün Bakıya gələnlərin SİYAHISI

“Atamın kölgəsində” - Qarabağ şəhidlərinin əziz xatirəsinə

COP29-un PROQRAMI

Xalq artisti Zəfər günündə konsertlərdə çıxış etdi

COP29-un tədbir məkanı BMT-nin qurumuna VERİLDİ

İmtahandan uğurla keçən müəllimlərin SAYI

COP29-un ilk gününün GÜNDƏLİYİ

"0000 Kilometre” melodramının qala-gecəsi keçirilib

Azərbaycanda COP29 BAŞLADI

COP29-da belə QORUNACAĞIQ