Aprel döyüşləri qazisi Mehriban Əliyevaya müraciət etdi: KÖMƏK EDİN

19:41 17-06-2020 | icon 2024 | Şəhidlər və şahidlər
Aprel döyüşləri qazisi Mehriban Əliyevaya müraciət etdi: KÖMƏK EDİN

"İnanıram ki, 2–ci qrup əlili olmağımı və ailəmizin yaşamını nəzərə alacaqsınız"

 

Bərdə rayon Otuzikilər kəndində yaşayan, Aprel müharibəsinin 2–ci qrup müharibə əlili Muradov Vüsal İlqar oğlu ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb.

 

Versus.Az xəbər verir ki, müraciətdə deylir:

 
"Hörmətli Mehriban xanım!
 
Bildirirəm ki, mən, 21.02.2019-cu il tarixdə “KapitalBank” ASC-nin Bərdə filialından kredit müqaviləsinə əsasən (müştəri kodu 0349632) 4 il müddətinə illik faiz dərəcəsi 29.84 % olmaqla kredit almışam. Bu günə banga qalıq borcum 7598.84 manat təşkil edir.
 
Mən 2-ci qrup müharibə əlilliyinə görə hər ay 840 manat müavinət alıram. Hər ay da 326 manat kredit ödədikdən sonra ailəmizə qalan ümumi gəlir 514 manat təşkil edir. Ailəmiz 4 nəfərdən ibarətdir - mən, həyat yoldaşım və iki övladım. Hər nəfərə orta hesabla 128.50 (514 m, 4) manat sərbəst vəsait qalır. Adambaşına qalan vəsait  aylıq yaşayış minimumundan 61.50 (190m – 128.5) manat azlıq təşkil edir. Ailəmizə ayda qalan vəsaitə aylıq (gündəlik tələbat malları olan ərzaq, qeyri-ərzaq, kommunal, tibbi və sair) xərclərimizi ödəyə bilmirik. Bu səbəbdən ailəmizin maddi durumu gündən-günə pisləşir. Nəticədə ailəmiz yoxsulluğa düçar olub.
 
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Qarabağ döyüşlərində iştirak etmiş, əlil olmuş şəxslərə daim yüksək səviyyədə qayğı göstərir, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması, yoxsulluqdan azad olunaraq maddi rifahlarının artırılması üçün bütün gücünü sərf edir. Bu səbəbdən yoxsulluğun  azaldılması məqsədilə 28.06.2011-ci il tarixdə 1578 nomrəli sərəncam imzalanmışdır.
 
Banka olan 7594.80 manat borc öhdəliyimə xitam veriləcəyi təqdirdə 4 nəfər ailə üzvümüz yoxsulluq səviyyəsindən azad olar və maddi rifahımız zəruri xərclərimizi ödəyər.
 
 
Hörmətli Mehriban xanım!
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının yoxsulluğun azaldılması və davamlı inkişaf “Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının təsdiq edilməsi haqqında 28.06.2011-ci il tarixdə 1578 nomrəli sərəncama əsaslanaraq və ailəmizin yoxsulluq vəziyyətində olmasını nəzərə alaraq banka olan 7594.80 manat borcuma xitam verilməsi üçün “KapitalBank” ASC-nin rəhbərliyinə müvafiq tapşırıqlar verməyinizi Sizdən xahiş edirəm.
 
 
İnanıram ki, Aprel müharibəsinin 2–ci qrup əlili olmağımı və 4 nəfər ailə üzvünün yoxsulluq vəziyyətindən azad olunaraq maddi dururmumuzun yaxşılaşdırılması üçün ailəmizə köməklik göstərəcəksiniz.
 
 
Dərin hörmətlə və inamla: Muradov V.İ.
Əlaqə tel: 050–877–06–28"
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi