Cəbhəboyu zonada növbəti hərbi hissəsi açılışı oldu - FOTO
Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirov HHQ-nin cəbhəboyu zonada yerləşən yeni inşa edilən növbəti hərbi hissəsinin açılışı mərasimində iştirak edib.
Müdafiə Nazirliyindən Versus.az-a verilən məlumata görə, şəxsi heyət üçün yaradılan şəraitlə tanış olan general-leytenant R.Tahirov ərazidəki qərargah binası, əsgər yataqxanası, tibb məntəqəsi, yeməkxana, sinif otaqları, ərzaq və əşya anbarı, qazanxana, eləcə də digər xidməti və inzibati obyektlərə baxış keçirib.
Bildirilib ki, yeni hərbi hissədə yaradılan şərait HHQ-nin döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasına müsbət təsir göstərəcək və döyüş növbətçiliyinin daha da keyfiyyətli aparılmasını təmin edəcək.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"