General Elçin Quliyev Ermənistanla sərhədə getdi - FOTO
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində xidməti-döyüş fəaliyyətinin təşkilini yoxlayıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Versus.az-a verilən məlumata görə, Azərbaycan Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən verilmiş tapşırıqların icra vəziyyəti öyrənilib, təmas xəttində döyüş mövqelərində xidmətdə olan sərhədçilərlə görüşülüb, xidməti və yaşayış şəraitlərinə, yeni yaradılmış döyüş mövqelərinə və məntəqələrinə, yeni salınmış yollara və qoruyucu sədlərə baxış keçirilib.
“Qazax” əlahiddə sərhəd diviziyasının xidməti-döyüş fəaliyyətinin təşkili, zəruri sərhəd mühafizə və müdafiə infrastrukturunun təkmilləşdirilməsi, hərbi hissələrin və qarnizonların tikintisi üzrə görülən işlər nəzərdən keçirilib, döyüş hazırlığının yüksəldilməsi, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri göstərişlər verilib.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"