Magistraturanın boş qalan plan yerlərinə ixtisaslaşma seçimi aparılacaq

13:58 29-06-2020 | icon 829 | Təhsil
Magistraturanın boş qalan plan yerlərinə ixtisaslaşma seçimi aparılacaq

İyul ayında magistraturanın boş qalan plan yerlərinə yenidən ixtisaslaşma seçimi elan ediləcək və qəbul aparılacaq.

 

Bu barədə Versus.Az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

 

Qeyd edilib ki, magistr proqramları (ixtisaslaşmaları) üzrə boş qalan yerlərin siyahısı və həmin yerlərin müsabiqəsində iştirak etmək üçün elektron ixtisas seçimi haqqında elan iyul ayında Dövlət İmtahan Mərkəzinin internet saytında və “Magistr” jurnalının növbəti sayında təqdim ediləcək.

 

Bildirilib ki, iyul ayının 6-dan 15-dək qeydiyyat başa çatdıqdan sonra boş qalan plan yerləri yenidən müsabiqəyə çıxarılacaq və ixtisaslaşma seçimi aparılacaq. 

 

Xatırladaq ki, 2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 11380 bakalavrdan 8324 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 3069 nəfəri dövlət sifarişi, 5255 nəfəri isə ödənişli əsaslarla təhsil alacaqlar. Onlardan 5229 nəfəri ali təhsil müəssisələrinin cari, 3095 nəfəri isə əvvəlki illərin məzunudur. Müsabiqənin nəticələrinə əsasən, ali təhsil müəssisələrinə qəbul planı 88.38 % dolub. 1094 plan yeri (11.62 %) boş qalıb. 

 

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunanlar iyulun 6‑dan  15-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri qəbul olduqları ali təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...