Ermənilər Laçında yeni yaşayış məhəlləsi salır
Ermənistan Azərbaycanın işğal altında saxladığı Laçın rayonunda yeni yaşayış məhəlləsi salır.
Versus.az xəbər verir ki, bu dəfə Laçının 1992-ci ildən işğal altında olan Sonasar kəndində çoxuşaqlı ailələr üçün fərdi evlərin tikintisi başlayıb.
6 uşağı olan 3 ailəyə evlər tikilir, 5 uşaqlı digər ailə üçün isə ev tikintisi yaxın vaxtlarda başlayacaq.
Qarabağdakı separatçı rejim rəhbərliyi Laçın rayonu ərazisində 90 çoxuşaqlı ailənin yaşadığını və 43 ailə üçün ilin sonuna qədər fərqi evlərin tikiləcəyini elan edib.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"