Şəhid SƏRXAN BAYRAMOVun doğum günüdür

14:55 12-07-2020 | icon 739 | Şəhidlər və şahidlər
Şəhid SƏRXAN BAYRAMOVun doğum günüdür

Bu gün aprel döyüşlərində qəhrəmancasına şəhadətə ucalan Şəhidimiz XTQ-nin əsgəri SƏRXAN BAYRAMOVun doğum günüdür...

 

Sərxan Bayramov 1993-cü ilin 12 iyul günündə Zaqatala şəhərində anadan olub.

 

Əsgər Sərxan Bayramov 2016-cı ilin aprel ayında Azerbaycanın ermənistan terror birləşmələri tərəfindən işğal olunmuş Qarabağ bölgəsində baş verən "Aprel döyüşləri" zamanı qəhrəmancasına şəhid olub.

 

Aprelin 11-i Sərxan Bayramov doğulduğu Zaqatala şəhərində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açılıb və əsgər Bayramov uğrunda şəhid olduğu torpağa tapşırılıb.

 

Sərxan Bayramov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

 

CƏNNƏTDƏKİ YAŞIN MÜBARƏK, RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili