Müəllimlər üçün imtahan keçiriləcək

13:22 14-07-2020 | icon 980 | Təhsil
Müəllimlər üçün imtahan keçiriləcək

“Virtual məktəb”də müəllimlər üçün kurikulum üzrə sınaq imtahanı keçiriləcək.

 

Təhsil Nazirliyindən Versus.az-a bildirilib ki, sınaq imtahanı “Virtual məktəb”də Azərbaycan və rus bölmələri üzrə müəllimlər üçün artıq bir aydır keçirilən “Kurikulumun tədrisi üzrə vebinarlar”dakı mövzuları əhatə edəcək. Xatırladaq ki, vebinarların keçirilməsində məqsəd müəllimlərə işə qəbulu, sertifikasiya və diaqnostik qiymətləndirmə üzrə aparılacaq imtahanlara hazırlığa dəstək göstərməkdir.


Azərbaycan və rus bölmələri üzrə təşkil olunacaq sınaq imtahanlarının keçid linkləri iyulun 14-dən etibarən 10 gün müddətində “Virtual məktəb”in müəllim region qruplarında aktiv olacaq.



20 sualdan ibarət olacaq sınaq imtahanında hər sualın düzgün cavabı bir balla qiymətləndiriləcək, səhv cavablar isə ümumi nəticəyə təsir göstərməyəcək. Sınaq imtahanının sonunda müəllimlər öz nəticələri ilə tanış ola biləcəklər. Hər müəllim üçün sınaq imtahanında bir dəfə iştirak etmək hüququ veriləcək.



Qeyd edək ki, iyulun 24-də “Kurikulumun tədrisi üzrə vebinarlar”ın növbəti buraxılışında sınaq imtahanında təqdim edilən sualların düzgün cavabları veriləcək və nəticələr müzakirə olunacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şimşək, külək, yağış, leysan…

Azərbaycan - Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir - FOTO

Qənirə Paşayevanın vətənpərvərliyini yox, qolunu müzakirə obyektinə çevirənlər…

Operativ Qərargah rayonlara gediş-gəliş qadağası ilə bağlı qərar verdi

Azərbaycanda karantin rejimi yumşaldılır

Avqustun 31-dək qüvvədə qalacaq -Sərt karantin

Azərbaycanda daha 647 nəfər COVID-19-dan sağaldı, 241 nəfər yoluxdu

“Kökəlmələr, artıq cəkilər uşaqlıqdan başlayır”

“Ximioterapiya xroniki toksaplazmozun müalicəsində effektli deyil”

"Məktəblər 3 növbə sisteminə keçməlidir"

Şəhid Xəyyam Məmmədovun ata ocağı ziyarət edilib

Çılpaq ekstrim həvəskarı çaya baş vurmağa cəhd etdi - VİDEO

DİM rezidentura imtahanında iştirak edəcək şəxslərə müraciət edib

Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadıldı

Çinin aparıcı həkimləri Bakıda