Düşmən cəbhədə mülki əhalini və yaşayış evlərini hədəf aldı - RƏSMİ
“Ermənistan Silahlı Qüvvələri tərəfindən bu gün səhər saatlarında Tovuzun Dondar Quşçu kəndinə atılan mərmilər yaşayış evlərinə və bir neçə həyətyanı sahəyə düşüb”.
Versus.Az xəbər verir ki, bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.
Onun sözlərinə görə, nəticədə, evlərə və şəxsi təsərrüfatlara ciddi ziyan dəyib:
“Mülki şəxslər arasında xəsarət alan yoxdur”.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"