Ölümün boynuna çələng taxan ŞƏHİD

11:40 16-07-2020 | icon 2671 | Köşə
Ölümün boynuna çələng taxan ŞƏHİD

O coşan ruh yerə düşməz, düşsə də parçalanmaz

TAHİRƏ QAFARLI

 


Nə vaxt bu millətin vətəni, dövləti, torpaqlarının azadlığı uğrunda mübarizlik əzmi, ruhu alovlanır, hansısa yaramaz-xain onu murdarlayır, o atəşi söndürməyə çalışır. Millətin düşmənləri xalqın əzmkarlığını sarsıtmaq üçün daim əllərndən gələni ediblər. Sanki şeytan libaslı biri qarşımıza çıxıb - "sən kimsən, döyüşmək sənlik deyil, bacarmarsan, sən axtalanmısan, sən zorlanmısan, sən nə bilirsən insanlıq, kişilik, haqq, ləyaqət, şərəf, döyüşmək nədir?!!.. Kəs səsini və gir qınına" - deyir, arsız-arsız hırıldayır. Millət bu əcaib "məxluqun" hardan gəldiyini, kimliyini anlaya bilmir: nə istəyir, niyə ona düşmən kəsilib, məqsədi nədir, hardadır onda olan bu qədər iyrənclik, mahiyyətsizlik, qana hərislik, özünü tanımama... Sən kimsən axı, niyə mübarizləri sevmirsən?... Çünki vətənsizdir, bir anadan doğulmayıb, o, anasını unudan murdarın yaratdığı parazitdir. Vətən üçün döyünən qəlbi, şərəfi, namusu yoxdur. O heç nədir... Heç nələrdən, başqa nəsə gözləməyə dəyərmi?.. deyiblər və deyəcəklər ki, dəyməz...Amma yox...

 

Millət o gün də Qarabağ naminə, torpaqların azadlığı naminə, ŞƏHİDLƏRİMİZ naminə, Orduya, Dövlətə dəstək naminə ayağa qalxdı. Bu, çox qürurverici və gələcəyə inamın mübarizlik tablosu idi. Və mən inanıram ki, həmin anlar ŞƏHİDLƏR XİYABANINDA UYUYAN igidlərimiz də qürurla ayağa qalxıb, üzlərində təbəssüm bu coşqunun yaratdığı qələbə ətrini sinələrinə çəkib dərindən bir nəfəs aldılar... O gün ŞƏHİDLƏR YENİDƏN DOĞULDU... təsəvvürlərim belə məni qəhərləndirir. Çünkü buna inanıram...

 

AZƏRBAYCAN bu gün torpaqlarının işğaldan azad olunması naminə silahlanmağa hazırdır. Bu, illərdir davam edən işğala, işğalı dəstəkləyən qurumlara qarşı üsyan, "ALİ BAŞ KOMANDAN əmrinə hazlrıq" marşı idi. Bu ruh bu millətdə hər zaman olub və olacaq. Bizim millət döyüşməyi də bacarır, Mübariz İbrahimov kimi, general Polad Həşimov kimi ölməyi də... AMMA...


Bu Ölüm, ŞƏHİDLİYİN qarşısında çox acizdir. ŞƏHİDLİK, ölümün başının çələngi, ölümün özünə nəfəs verən ruhudur! ŞƏHİDLƏRİMİZ o ÖLÜMÜ də şərəfləndirdi. Bu ölüm nə gözəlmiş, məyər...

 

Bəzən düşünürəm, görəsən malını, vəzifəsini, pulunu qoruyan, varı ilə qürrələnən vətən üçün bir xeyirli iş görməyə acizlik edən birinin bu haqda düşünmək imkanı olubmu?.. Axı o bu millətin oğludursa, necə ola bilər ki, torpağının işğalda qalması onu için-için didməsin, əlinə silah götürə bilmədiyinə görə xəcalət çəkməsin, onu azad etmək üçün alovlanmasın, necə ola bilər?! Necə ola bilər ki, övladı vətənin dərdinə sevinsin, onun dərdindən istifadə edib özünə xeyir götürməyə çalışsın?! Necə ola bilər ki, insan, bu ölkənin vətəndaşı bu gün baş verənlərin mahiyyətini, ciddiliyini anlamasın. Mühafizəkar ola bilməsin. Dövləti öz babası saymasın. Onun üçün ölməyi demirəm, onun üçün doğru-dürüst yaşamasın!!.. necə ola bilər.. ən böyük insanını - generalını şəhid verən dövlətin nazirinin tükü də ürpənməsin... necə ola bilər ki, Şəhid verən AZƏRBAYCAN oğulları meydana axışanda Qənirə xanımdan başqa millətin vəkilləri ortada görünməsin.. necə ola bilər və necə olur ki, Qarabağ uğrunda döyüşə, ŞƏHİDLƏRƏ ruhən dəstək olmağa gəldiyini və Qarabağa, torpaqlarımıza AZADLIQ deyənlərin arasından kimlərsə çıxıb, millətin təmiz ruhuna zərbə vuran əməllər törətsin. Hansısa qanmaz cansız Milli Məclisin binasına soxulsun, polis maşınını əzsin və bununla aksiyanın ruhunu sındırsın... bununla da millətə təlqin elətdirsin ki, "yox qağa, mübarizə sənlik deyil, get köpək kimi zəncirlən və ula". YOX! həmin o "itbazlar" çox yanılırlar və o zəncirin sonda kimin boynuna taxılacağını görəcəklər və bu millətin hissiyyatı ilə oynamayacaqlaırını dərk edəcəklər... Lakin axı necə olur bu....

 


...Təbii ki, aksiyada baş vetən bu təxribat hadisəsi bizi çox sarsıtdı. Sanki bizi Dağın başına qaldırıb, sonra ordan üzü aşağı atdılar. Çox təəssüf edirik. Amma çox da sevinməsin düşmən, siz cismimizi parça-parça edə bilərsiz, Amma o coşan ruh yerə düşməz, düşsə də parçalanmaz. Çünki millətin O Ruhu ŞƏHİDLƏRinin qanından can alır. Dövlətə, millətə xain çıxanlar mütləq o ruhların qarşısında cavab verəcəklər və verməlidirlər. Vətən, ona xəyanət edənləri bağışlamamalıdır.

 


Çox qəribədir ki, gücü, qüdrəti, şərəfi, ləyaqəti olan igid, qəhrəman şəxsiyyətlər, çaqqal, tülkü, köstəbək xislətli adamları ciddiyə almır, zəif, özlərinə rəqib görmədikləri üçün onlarla döyüşməzlər. Bəzən nəticədə müvəqqəti də olsa qazanan o köstəbək olur. Buna görə də illərdir bizim layiqli rəqib bilmədiyimiz erməni soysuzu bu gün torpaqlarımızda at oynadır. İndi də o soysuzlar qəhrəman Generalımızı necə öldürdüklərini tirajlayırlar. Necə deyərlər, düşmən düşmənliyini edəcək...

 


Generalın ŞƏHİDLİYİ bizim üçün fəxarətdir. Qoy düşmənlər bilsin ki, yüksək rütbəli zabitlərin ölümü, böyük qələbəmizin çox yaxında olmasına işarədir. Ona görə də biz sarsılmırıq və ŞƏHİDLİYİN MÜBARƏK AZƏRBAYCAN! - deyirik. Qoy yağı düşmənlər bizdən qorxsun! Çünki düşmənə aman verilməyəcək!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq?

Yer tarixinin ən iri ilanının QALIQLARI