713-cü hərbi hissənin qaziləri döyüşməyə HAZIRDIR

14:33 17-07-2020 | icon 3188 | Şəhidlər və şahidlər
713-cü hərbi hissənin qaziləri döyüşməyə HAZIRDIR

713-cü batalyon bir komanda olaraq yenidən toparlanır

 

Laçın uğrunda gedən döyüşlərdə iştirak edən 713-cü batalyonun döyüşçüləri bu gün Laçın şəhər Hərbi Komissarlığında döyüşlərdə iştirak etmək üçün yenidən könüllü olaraq qeydiyyatdan keçiblər.

 

Versus.Az xəbər verir ki, Laçın şəhər Hərbi Komissarlığının qarşısına toplaşan köhnə döyüşçülər döyüşə hazır olduqlarını və böyük ruh yüksəkliyi ilə Ali Baş Komandanın əmrini gözlədiklərini bəyan ediblər.

 

Laçın rayonunun müdafiəsində iştirak etmiş Qazilər torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərinin yarımçıq qaldığını deyərək, artıq, döyüşü qələbə ilə başa vurmağın zamanı çatdığını vurğulayıblar. Qazilər bildiriblər ki, komissarlıqda çox gözəl qarşılanıblar. Batalyon üzvləri hər biri məsafəni qorumaq şərti ilə bir-bir qeydiyyatdan keçiblər.

 

Qazilər deyir ki, bu gün könüllü olaraq döyüşə yazılmaqla illərdir “əyilmiş qamətləri” düzəlib sanki. Yenidən döyüşmək hissi ilə sanki yenidən doğularaq düşməni məhv edərək torpaqların işğaldan azad olunmasında iştirak edəcəklərinə görə hədsiz qürurlanıblar.

 

Bu gün hərbi komissarlıqda qeydiyyatdan keçən qazilərə vaxtilə döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhid övladları da qoşulub. Şəhidlərin isə bu dəfə övladları döyüşə hazırlaşır. Eyni zamanda, 713-cü batalyonun könüllüləri sırasında döyüşlərdə yaralanaraq 2-ci qrup əlilliyi olan qazilərin övladları da olublar.

 

Qazilər bildiriblər ki, bu gün könüllü olaraq döyüşə getmək istəyənlərin arasına Laçın rayonundan olmayan, lakin Laçın uğrunda döyüşlərdə iştirak edən Laçın batalyonunun döyüşçülər də qatılıb. 713-cü batalyon bir komanda olaraq yenidən toparlanıb, məhz bir yerdə, Laçın rayonu hərbi komisarlığında qeydiyyatdan keçiblər ki, Ali Baş Komandan əmr verəndə, hərbi hissədə bir komanda olaraq döyüşə getsinlər.

 

 

PƏRİ
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...