Qəbul imtahanları dörd gün ərzində keçiriləcək
“Qəbul imtahanlarının ikinci mərhələsinin keçirilməsinə avqustun ikinci yarısından başlanılacaq”.
Versus.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, bu həftə və gələn həftə əvvəlki və bu ilin məzunları üçün qəbul imtahanlarının birinci mərhələsi keçiriləcək:
“Bundan sonra 10-15 gün ərzində imtahanların nəticələri emal ediləcək. Daha sonra isə imtahanların ikinci mərhələsi keçiriləcək.
Avqustun ikinci yarısından etibarən bu imtahanların keçirilməsinə başlayacağıq. Ümumilikdə, imtahanlar dörd gün ərzində keçiriləcək. Biz hər hansı təhlükənin olmadığına əmin olduqdan sonra imtahanların keçirilməsini elan edirik”.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"