Balaca bir jurnalistəm
Qonorar almağım bir başqa sevincdir
LEYLA NƏCƏFLİ
/8-ci sinif şagirdi/
Salam. Bu gün 22 iyul Milli Mətbuat Günüdür. Bütün jurnalistlər kimi mənim də bayramımdır. Çünki elə mən də kiçik jurnalistəm.
Mən 2017-ci ildən, yəni 6-cı sinifdən mətbuatda yazmağa başladım. Jurnalist peşəsini sevirəm. Bəlkə ona görədir ki, anam vaxtilə jurnalist olub, atam, xalalarım hal-hazırda jurnalistdirlər. Valideynlərim telefonlarını kənara qoyduqda onu götürüb, saytlara, informasiyalara baxıram. İlk baxdığım sayt isə xalalarımın “Versus.az” saytı olub.
Bu saytda “Uşaq dünyası” bölümü var ki, uşaqlar bu bölmədə köşə yazırlar. Xalalarım - “Leyla, sən də yazmağa başla” dedikdən sonra bu bölməni yaradıblar. Mən də burada yazmağa başlamışam. Beləcə, yeni simalarla tanış olmuşam. Həmişə ilk öz yazılarımın baxış sayına baxıram. Bundan sonra yazmağa həvəsim artıb. Yazdığım yazıların qonorarını almağım isə bir başqa sevincdir. Daha çox qonorar almaq ücün çox çalışıram.
Jurnalistikaya həvəsim valideynlərim və xalalarımdan yaranıb. Bu yolda onları özüm üçün ideal görmüşəm. Evdə olduqda tez - tez eşitdiyim sözlər “sayt”, “qəzet”, “məqalə” olub.
11 yaşımdan bəri kiçik jurnalist adını şərəflə daşımağa çalışmışam, bundan sonra da bu cür olacaq.
Həsən bəy Zərdabinin 145 il əvvəl əkdiyi mətbuat toxumları cücərib və milli mətbuatımızın bünövrəsi olub. Milli Mətbuatımız Günü münasibəti ilə bütün jurnalistləri, eləcə də atamı və xalalarımı təbrik edirəm.
Belə əziz oxucular, sağ olun, salamat qalın.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"