Təhsil nazirinin müşaviri vəzifəsindən azad edilib
Təhsil nazirinin müşaviri Elnur Məmmədov vəzifəsindən azad olunub.
Versus.Az xəbər verir ki, bu barədə E.Məmmədov özü məlumat verib.
O bildirib ki, digər dövlət qurumunda aldığı təyinatla bağı Təhsil Nazirliyində vəzifəsindən azad olunub:
"Böyük təhsil ailəsinin üzvü olduğumdan qürur duyuram. Hesab edirəm ki, təhsildə çalışan hər bir insan bu sahəyə ömürlük bağlı olur. Bu mənada mən təhsil ailəsinin üzvü olaraq qalıram. İşlədiyimiz yerdən, tutduğumuz vəzifədən asılı olmayaraq, hamımızın amalı hər sahədə doğma Vətənimizə xidmət etməkdir".
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"