Qadın kimi, ana kimi düşünün bunu

14:11 24-07-2020 | icon 5662 | Kürsü
Qadın kimi, ana kimi düşünün bunu

Azərbaycanlının öz qürurunun müdafiəsinə qalxmaq haqqı

MEHRİBAN SADİQ

 
 

Səbr kasası daşır artıq. Hər zaman olaylara humanist kimi yanaşmışam. Zorakılığın əleyhinə olmuşam. Amma , bu zorakılıq otuz ildir ki, bizə qarşı törədilir. 30 ildir körpələrimiz öldürülür, qız- gəlinlərimizə işgəncə verilir. Əsirlikdə olan qızlarımız zorlanaraq, qanında azərbaycan qanı axan "erməni" dünyaya gətirir...

 
 
Düşünə bilirsinizmi? Qadın kimi düşünün bunu. Ana kimi düşünün bunu. Canının bir parçası olan övladına nifrətlə baxmağın nə olduğunu fikirləşə bilməyin özü belə insanı vahiməyə salır... Dayılarına nəinki güllə atmağın, hətta onların müdafiəsinə qalxmağın da acı nəticələri göz önündə.
 
 
Yuxarıda qeyd etdiklərim qızlarımızın, aşağıda sadaladıqlarım oğlanlarımızın məcburi məhkum olunduğu acı həyat dramı. Belə şəraidtə hansı humanistlikdən danışacağamsa, haqsız olacağam...
 
 
Əzizlərim, dünya bu gün ermənilərin etdiklərinə cavab vermədiyi halda, biz soydaşlarımızı qınamayaq. "Başına gələn başmaqçı olar" deyimini fikirləşib, ermənilər olanlardan əleyhimizə istifadə edərlər fikrinə gəlincə isə...
 
 
Əvvəla ermənilərin soydaşlarımızı döyməsinə adekvat reaksiyalar Azərbaycanda yox, xaricdəki soydaşlarımız tərəfindən verilib. Və digər ölkə vətəndaşları olduqları üçün onları Azərbaycan dövləti idarə edə bilməz.
Sonrasına qaldıqda 30 ildir ermənilər bütün beynəlxalq hüquq normalarını pozur, Azərbaycan xalqının haqqını, hüququnu tapdayır, torpaqlarını işğal edir, təxribatlar, fitnələr törədir, beynəlxalq ictimaiyyət isə reaksiya vermir. Bəs hüquq dili ilə onlara niyə şamil olunmur?
 
 
Burda azərbaycanlı olmaqdan danışmaq da lazım deyil. İstənilən xalqın təmsilçisinə belə davransan, soydaşları qeyri-ixtiyarı bu cür reaksiya verər. Hər bir toplumun, o cümlədən azərbaycanlının da öz qürurunun müdafiəsinə qalxmaq haqqı var. Bu qədər sadə və bəsit.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI