AVQUST ŞƏHİDLƏRİ
13 şəhidimizin ildönümüdür
1 avqust 2014-cü il. Bu tarix Azərbaycan Silahlı Qüvvələri tarixində mühüm yer tutan qəhrəmanlıq səhifələrindən biri kimi daxil oldu.
2014-cü ilin İyulun 31-dən avqustun 1-nə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Azərbaycan Respublikasının Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərmişdi.
Həmin vaxt ordumuzun qəhrəman hərbçiləri düşmənin hücumunu layiqincə almağı bacarmışdı.
Həmin qanlı gecədə Azərbaycan postlarına soxulan erməni təxribatçıları ciddi itkilərə məruz qalmışdı.
Düşmənin hücumlarının qarşısını alarkən 3 gün ərzində ordumuz 13 şəhid vermişdi.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"