Milli Məclisin avqustun 4-də keçiriləcək növbədənkənar sessiyasında
2020-ci il dövlət büdcəsində elm və təhsillə bağlı xərclərin həcmində dəyişiklik edilməsi və azaldılması nəzərdə tutulur.
İctimaiyyətdə ilkin olaraq belə bir sual yaranır: dünyanın inkişaf etmiş dövlətləri ən böyük maliyyəni təhsilə ayırdığı halda AzərbaycandaTəhsillə bağlı xərclərin azaldılmasını nə ilə izah etmək olar.
Versus.az xəbər verir ki, bu barədə açıqlama verən təhsil eksperti Kamran Əsədov çox maraqlı nüanslara diqqət çəkib.
"Birincisi xatırladım ki, 2020-ci ilin dövlət büdcəsində elm xərcləri 193 milyon 662 min 887 manat məbləğində təsdiqlənib. Təhsil xərclərinin həcmi isə 3 milyard 155 milyon 797 min 681 manat məbləğində müəyyənləşib.
Dəyişiklik layihəsində isə bildirilir ki, elm xərcləri 187 milyon 317 min 72 manat, təhsil xərcləri isə 3 milyard 34 milyon 767 min 819 manat həcmində təsdiqlənsin. Yəni Elm xərcləri 6 milyon, Təhsil xərcləri 120 milyon manat azalır".
K.Əsədov bildirib ki, bu dəyişikliyi bəziləri yanlış başa düşüb.
Onun sözlərinə görə, 2020-ci ilin büdcəsində təhsil xərcləri büdcə xərclərinin 11,7%-ni təşkil edib.
İndi isə bu xərclərin 4 avqustda azaldılması nəzərdə tutulur. Bu dəyişiklik təhsil sahəsində əmək haqqlarının azaldılmasını nəzərdə tutmur. Nə də ki, bu azalmalardan sonra tələbə təqaüdləri azalmayacaq, verilməsində problemlər olmayacaq".
Ekspert xərclərin azalmasının səbəblərinə diqqət çəkib.
"Təhsil, elm xərcləri ona görə azaldılır ki, mart ayından etibarən bu sahədə iş dayanıb və xərclər yoxdur. Belə ki, ölkədə 4447 dövlət orta məktəbi, 40 dan çox dövlət ali, 50 dən çox dövlət orta ixtisas təhsili müəssisələri, 100 dən çox peşə təhsili müəssisəsi var və hər ay onların işıq, su, istilik sistemi, qırılmış şüşə, parta, lamuçka, ağ kağız, printer, təbaşir və digər təşkilati xərclər mart ayından etibarən 6 ay ərzində istifadə olunmayıb. O xərcləri büdcə xərclərindən çıxacaqlar. Eyni zamanda, elm sahəsində də tədqiqat işlərinin aparılmaması və digər təşkilati fəaliyyətin olmaması xərcləri azaldıb. Ezamiyyət, tədbirlərin təşkili kimi xərclər həyata keçirilməyib.
Bundan başqa saat hesabı dərs deyən şəxlərə əmək haqqları ödənməyib.
Qısası, büdcədə xərclərin həcmində müəyyən azaldılmaların təhsil sistemində çalışanların və təhsil alanların əmək haqqlarına, təqaüdlərinə heç bir təsiri olmayacaq".
Versus.az
Sevda