Hikmət Hacıyev Dağlıq Qarabağ azərbaycanlıları lə görüşüb
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ilə görüş keçirib.
Versus.az-ın məlumatına görə, görüşdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva da iştirak edib.
Görüş zamanı məcburi köçkün düşmüş azərbaycanlı əhalinin problemlərinin həlli istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə
həyata keçirilən müxtəlif layihələrin önəmi qeyd edilib. İcma üzvləri dövlətimizin qayğısını daim öz üzərlərində hiss etdiklərini xüsusilə vurğulayaraq, məcburi köçkünlər adından Prezident İlham Əliyevə bir daha təşəkkür ediblər.
Görüşdə Ermənistanın işğalçılıq siyasətinin bütün platformalarda ifşa edilməsi və hücum diplomatiyası aparılması yönündə ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının fəaliyyəti və bunun daha da gücləndirilməsi məsələləri diqqət mərkəzində olub. Bu xüsusda icma üzvlərinin haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasının əhəmiyyəti vurğulanıb.
Ölkə rəhbərliyinin həyata keçirdiyi siyasətin ən əsas hədəfinin məhz ərazi bütövlüyümüzün ən qısa zamanda bərpa edilməsi və məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtması xüsusilə qeyd edilib.
Versus.az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"