"Məktəblər 3 növbə sisteminə keçməlidir"
Lalə Quliyeva: "Qabaqcıl tədbirlər görülməmiş məktəbləri açmaq olmaz"
"Məktəblər hərarəti ölçən cihazlarla, dezinfeksiya, maye və sabunla təmin olunmalıdır. Ehtiyat üçün məktəblərdə tibbi maskalar olmalıdır".
Versus.Az xəbər verir ki, bunu məktəblərin açılması məsələsinə açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Qadınlar Şurasının sədri Lalə Quliyeva bildirib.
Onun sözlərinə görə, avqustun 5-dən karantin rejiminə müəyyən yumuşalmalar olacaq:
“Nəhayət ki, vətəndaşlar dəniz üzünü görəcəklər. Yəqin ki, bir müddətdən sonra Mollar və ticarət obyektlər, kafe və restoranlar da açılacaq. Amma hələ də məktəblərin açılması barədə Operativ Qərargahın bir fikri yoxdur”.
Bir çox ölkələrdə COVİD-19 səbəbindən bağlanan məktəblərin fəaliyyəti bərpa olunması, digər ölkələrdə isə məktəbləri açmaq üçün fəaliyyət proqramları hazırlanıb. Lalə xanım Azərbaycanda Təhsil Nazirliyinin bu yöndə hansısa addımların atılması barədə hələ bir məlumatın olmadığını vurğulayıb:
“Görəsən bizim Təhsil Nazirliyi bu haqda nə düşünür? Fəaliyyət proqramı var? Misal üçün sosial məsafə necə gözləniləcək? Fikrimcə, məktəblər hərarəti ölçən cihazlarla, dezinfeksiya, maye və sabunla təmin olunmalıdır. Ehtiyat üçün məktəblərdə tibbi maskalar olmalıdır. Dərsdən qabaq məktəbin binası dezinfeksiya olunmalıdır. Misal üçün, ailəsində COVİD-19 yoluxan, sağalan olubsa məktəbə məlumat verilməlidir".
L.Quliyeva hesab edir ki, məktəblər 3 növbə sisteminə keçməlidir. Bəzi fənlər onlayn da keçirilə bilər:
"Artıq yeni tədris ilinin başlamasına bir ay vaxt qalıb. Ümid edirəm ki, Azərbaycanda da sentyabr ayında yeni tədris ili başlayacaq. Amma qabaqcıl tədbirlər görülməmiş məktəbləri açmaq olmaz”.
PƏRİ
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"