713-ün keçmiş döyüşçüləri ŞƏHİDləri ziyarət etdi
Bu gün 713-cü batalyonun keçmiş döyüşçüləri ŞƏHİDLƏR XİYABANINI ziyarət etdilər. Şəhid dostlarının "doğum, ölüm" günləri ilə bağlı ŞƏHİDLƏR XİYABANIna ziyarətlərin təşkilini ənənəyə çevirən keçmiş könüllü döyüşçülər üçün bura bir məbəddir.
Versus.Az xəbər verir ki, bu gün də Qarabağ uğrunda savaşmağa hazır olan keçmiş döyüşçülər, şəhid dostlarının qəbrlərinin önündə dayanır, sanki hesabat verir və öz döyüş yollarından danışıb xatirələrini bölüşdülər.
Laçın uğrunda döyüşlərdə könüllü olan bu keçmiş döyüşçülər hər an döyüşməyə, şəhid dostlarının qisasını almağa hazır olduqlarını deyiblər. Keçmiş döyüşçülər məzarların üzərinə qərənfil düzərək, şəhidlərə torpaqların azad olunması istiqamətində ALİ BAŞ KOMANDANIN əmrini gözlədiklərini deyiblər. Keçmiş döyüşçülər, qazilər Şəhidlər qarşısında and içiblər. "ŞƏHİDLİK ŞƏRƏFdir, torpaqlar işğalda qala-qala bu utancla yaşamağımız bizə əzabdır. Biz döyüşdə qalib olaraq ölməyi, şəhid olmağı bu cür yaşamaqdan üstün tuturuq"- deyə, şəhidlərə xitabən, "sənin yerin cənnətdur, qəhrəman qardaşım, bu gün səni, Şəhidliyini böyük fəxarət, qalibiyyət hissi ilə anırıq. Gün gələr, torpaqlarımızı işğaldan azad edər və ziyarətinizə qürur hissi ilə, utanmadan gələrik" dedilər.
713-cü batalyinun keçmiş döyüşçüləri ən böyük məbədlərinin ŞƏHİDLƏRİN UYUDUĞU TORPAQ OLDUĞUNU deyərək, uğrunda ölməyə hazır olduqlarını bildiriblər.
Allah Şəhidlərimizə rəhmət eləsin! Amin...
SEVDA
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"