FAMİL QULAMİ ADLI VƏTƏN

09:10 09-08-2020 | icon 2086 | Şəhidlər və şahidlər
FAMİL QULAMİ ADLI VƏTƏN

...Və BU VƏTƏNƏ xor baxan Müstəqim Məmmədov

 

 

İGİD TEYMURLU

 

FAMİL QULAMİ kimi ŞƏHİDLƏRİMİZİN sayəsində bu Vətən ayaqda durub. Nə qədər ki, yurd yerlərimiz işğal altındadır, nə qədər ki, qız-gəlinimiz erməni əsirliyindədir, demək ki, biz hamımız bir günahın içindəyik. "Müharibə!" əmri veriləndə biz hamımız müsəlləh əsgər olaraq yurd uğrunda mübarizəyə qalxacaq, günahlarımızı yuyacağıq...

 


İndiki durumda kimsə bir ŞƏHİD adına xeyirxah iş görmək istəyirsə öz yurdu, öz Şəhidi qarşısında qismən də olsa günah yükünü azaltmaq istəyir...


AMMA VƏ LAKİN...Məndə olan məlumata görə Tərtərin icra başçısı deyəsən heç də belə düşünmür. Əgər belə olmasaydı, " öz hesabına Şəhidimiz FAMİL QULAMİnın şərəfinə bulaq tikmək istəyən Tərtər sakininə Müstəqim Məmmədov icazə vermir" xəbəri ruhumuzu sarmazdı...


Bunlar özlərini kim hesab edirlər? Dövlət başçısı açıq mətnlə MƏMURLARa xidmətçi vəzifələrini xatırladır və xalqa xidmətin bir şərəf olduğunu vurğulayır, amma Müstəqim kateqoriyasında olanlar nədən dövlət başçısını görməzdən, eşitməzdən gəlirlər, bax bu, düşündürücüdür...

 

Müstəqim Məmmədov, SƏHİDİMİZ FAMİL QULAMİ ÖZ ŞƏHİDLİYİLƏ ƏN AZINDAN BU VƏTƏNİ ÖZ MÜBARƏK CİSMİ BOYDA BÖYÜDÜB, bəs sən?

 

Müstəqim Məmmədov, bir yurddaş torpaq uğrunda Şəhid olursa, O, artıq bir ailənin deyil, bütöv millətin övladı olur. SƏN icra başçısı əgər bu gün mənim Şəhidimə qarşı belə sayğısız davranırsansa, demək ki, sən başda Ali Baş Komandanım olmaqla ta mən adlı əsgərə qədər hamımıza qədər sayğısız davranırsan...

 

Üç Şəhid qardaşı olan səngər yoldaşım, mayor Etibar Həsənquliyev deyir ki, səhvləri bağışlayın, xəyanəti əsla! 
FAMİL QULAMİ erməni xəyanətin bağışlamadı, bu Müqəddəs Vətən Savaşında canını da fəda etdi.
Sənin kimi məmurlarsa FAMİL QULAMİLƏR KİMİ ŞƏHİDLƏRİMİZİN hesabına bu gün ayaqda duran dövlətimizdə etdiklərinizlə yanlış yapırsınız...

 

Lütfən, yanlışınızı düzəldin ki, yanlış əməlinizlə formalaşdırdığınız sosial narazılıq da aradan qalxsın və buraxdığınız səhvə görə ŞƏHİDİMİZ FAMİL QULAMİLƏRƏ BABALIQ EDƏN DÖVLƏT DƏ, FAMİL QULAMİLƏRİN 10 milyondan ötə bacı-qardaşı da, 10 milyondan ötə ata-anası da, 10 milyondan ötə oğlu, qızı da sizin səhvi bağışlasın. Şəhidimiz, dövlətimiz, millətimiz qarşısında öz günah yükünüzü azaldın....

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...