Qaydaları pozan 5 nəfər imtahandan xaric olunub
Dövlət İmtahan Mərkəzi 11-ci sinif şagirdləri üçün 23-24 iyul 2020-ci il tarixlərində keçirilmiş buraxılış (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul) imtahanlarının nəticələrini açıqlayıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) Versus.az-a verilən məlumata görə, bu imtahanlarda iştirakı nəzərdə tutulan 20 034 nəfərdən 2 173 nəfər imtahana gəlməyib.
5 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"