Peşə təhsili almaq istəyən şəxslərin NƏZƏRİNƏ

08:51 14-08-2020 | icon 1993 | Təhsil
Peşə təhsili almaq istəyən şəxslərin NƏZƏRİNƏ

2020-2021-ci tədris ili üzrə peşə təhsili pilləsinə tələbə qəbulu davam edir.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən verilən məlumata görə, ümumi və ya tam orta təhsil bazasını bitirən və peşə təhsili almaq istəyən şəxslər avqustun 24-dək https://qebul.vet.edu.az/

platforması vasitəsilə ödənişsiz qaydada qeydiyyatdan keçməlidirlər.

 

Tələbə qəbulunun ilk üç günü ərzində 4407 şəxs elektron platformada hesab açıb, 2665 şəxs isə tam olaraq qeydiyyatını yekunlaşdırıb. Ümumilikdə 2020-2021-ci tədris ili üzrə 18260 yer ayrılıb. Onlardan 11040-ı dövlət vəsaiti hesablı, 7220-si ödənişlidir. 2020-2021-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılmaqdadır.

 

İlk dəfə olaraq cari tədris ilində tələbə qəbulu prosesi çərçivəsində ikili proqramlar tətbiq edilir. Bu da öz növbəsində tədris prosesinin işəgötürənlərlə birgə təşkilini nəzərdə tutur.

 

Qeyd edək ki, peşə təhsil pilləsinə qəbul çərçivəsində 2018-ci il aprelin 24-dən etibarən qüvvəyə minmiş peşə təhsili haqqında qanuna əsasən peşə təhsil müəssisələrində yüksək texniki peşə (subbakalavr dərəcəsi) səviyyəsi üzrə tələbə qəbulunun da aparılması nəzərdə tutulur.

 

Qeydiyyat təlimatına keçid: https://bit.ly/2CmYdCk .

Qəbul planı (ixtisaslar və müəssisələr): https://bit.ly/3fVrYbh .

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol