Bu gün növbəti qəbul imtahanı keçiriləcək

09:06 14-08-2020 | icon 752 | Təhsil
Bu gün növbəti qəbul imtahanı keçiriləcək

Bu gün cari və əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə, eləcə də I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı və qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə növbəti imtahan (Azərbaycan və ya rus dili) keçiriləcək.

 

Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, respublikanın 19 şəhər və rayonunda keçiriləcək imtahanlarda 18 102 nəfər abituriyentin iştirakı nəzərdə tutulur. 

 

İmtahanlar saat 11:00-da başlanır. 

 

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 

 

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

 

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır. 

 

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 164 imtahan binası, 2877 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 164 ümumi imtahan rəhbəri, 490 imtahan rəhbəri, 3754 nəzarətçi-müəllim, 328 buraxılışı təşkil edən əməkdaş, 164 bina nümayəndəsi ayrılıb.

 

Xatırladaq ki, avqustun 13-də keçirilən imtahanlarda 19 200-dək abituriyent iştirak edib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Siyasətçinin oğlu ŞƏHİD OLDU

"Sərraf və onun bacanağına qarşı məhkəmə prosesi başladı" - VİDEO

ilk dəfə bədənindəki çapığı göstərdi - FOTO

Narkokuryerlər şəbəkəsinə rəhbərlik edən 90 yaşlı nənə saxlanılıb

“Hitleri narkotikə otuzduran həkim” 

Onun təbii görünüşü pərəstişkarlarını heyran qoydu - FOTO

Milyonluq villa məşhurları qarşı-qarşıya gətirdi

Türkiyədən Azərbəyacana dəstək, Ermənistana sərt reaksiya

Bir sıra kəndlərimiz azad edilib

“Azərbaycanla hədə-qorxu dili ilə danışan bundan peşman olacaq”

Mətbuat Şurasından KİV təmsilçilərinə MÜRACİƏT

Ərdoğan Azərbaycan Prezidentinə telefonla zəng etdi

“Azərbaycan Ordusu düşmənin ön xəttini yarıb”

"Jurnalistlərimiz öz missiyasını layiqincə yerinə yetirməlidir” - Müsahibə

Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” – Zəfər əmri!