Müəllimlərin işə qəbulu BAŞLADI

10:20 14-08-2020 | icon 1042 | Təhsil
Müəllimlərin işə qəbulu BAŞLADI

Bu gündən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilir.

 

Versus.az xəbər verir ki, bu mərhələdə 46 228 namizəd iştirak hüququ qazanıb.

 

Müvafiq ixtisas üzrə test imtahanının keçiriləcəyi tarix və yer barədə məlumat namizədlərin şəxsi səhifələrinə mərhələli qaydada göndəriləcək.

 

Test imtahanlarının Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilməsi nəzərdə tutulub. İmtahanlar təxminən 18 gün davam edəcək. Namizədlərə ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim ediləcək. İmtahan müddəti 90 dəqiqədir, bütün regional mərkəzlərdə bu müddət başa çatdıqdan sonra namizədlərə 10 dəqiqə ərzində cavabları təfsilatlı görmək imkanı yaradılacaq.

 

İmtahanlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair” metodiki göstərişləri nəzərə alınmaqla imtahan iştirakçıları üçün hazırlanmış təlimata uyğun təşkil ediləcək.

 

İmtahana gələn namizədlərin şəxsi səhifələrində qeyd olunacaq vaxtdan 1 saat əvvəl imtahan təşkil edilən mərkəzdə olmaları zəruridir. Namizədlər tibbi maskada olmalı, şəxsiyyəti təsdiq edən sənədin əslini və şəxsi səhifədən çıxarışı özləri ilə gətirməlidirlər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI