Nazirdən məhkumlarla bağlı ƏMR

11:02 14-08-2020 | icon 701 | Hadisə
Nazirdən məhkumlarla bağlı ƏMR

“Müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzalara məhkum olunmuş şəxslərlə tərbiyə və psixoloji yardım işinin təşkili haqqında Təlimat” təsdiqlənib.

 

Versus.Az xəbər verir ki, bununla bağlı Ədliyyə naziri Fikrət Məmmədov qərar imzalayıb.

 

Bu təlimat məhkumlarla tərbiyə və psixoloji yardım işinin təşkili məsələlərini tənzimləyir.

 

Məhkumlarla aparılan tərbiyə işi onların ictimai faydalı əməklə məşğul olmasına, əməyə vicdanlı münasibətə və cəmiyyətdə qəbul olunmuş davranış normalarına riayət edilməsinə hədəflənib.

 

Həmçinin, dustaqların təhsil və mədəniyyət səviyyəsinin artırılmasının formalaşdırılmasına və möhkəmləndirilməsinə yönəldilir.

 

Təlimata əsasən, penitensiar müəssisələrdə psixoloji yardım işi xüsusi ayrılmış otaqlarda həyata keçirilir.

 

Otaqlar kompüter, psixoloji test bankı, xüsusi psixoloji ədəbiyyat, sənədləşdirmənin aparılması üçün dəftərxana ləvazimatları, dəmir dolab və ya seyflərlə təchiz olunur. Psixoloqların xidməti otağı möhürlənir.

 

Məhkumlarla tərbiyə işinin təşkilində və aparılmasında kömək etmək üçün daim fəaliyyətdə olan məşvərətçi orqan da nəzərdə tutulub. Həmin məşvərətçi orqan Dəstə tərbiyəçilər şurası adlanır.

 

Dəstə tərbiyəçilər şurası yeddi nəfərdən az olmamaq şərtilə bir il müddətinə yaradılır. Onun tərkibinə tərbiyə işinin təşkili qurumlarının böyük inspektorları və inspektorları cəzaçəkmə müəssisəsinin bütün xidmət sahələrinin əməkdaşları, ümumtəhsil və peşə məktəblərinin müəllim və ustaları, tərbiyə müəssisəsində valideynlər komitəsinin sədri daxil edilir.

 

Fikrət Məmmədovun imzaladığı müvafiq qərar iyulun 30-dan qüvvəyə minib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bayrağımız Qarabağda dalğalanmadıqca içimiz rahat deyildi, bu gün isə..."

Zəfər gününün ruhu, qüdrəti ilə vüqarla dalğalanan BAYRAĞIMIZ

“Zəfərimiz, bayrağımız müqəddəsdir, mənfurların vurduğu ləkəni götürməz”

İTP başqanı Prezident İlham Əliyevi TƏBRİK ETDİ

Qulağınızda gizlənən təhlükəli XƏSTƏLİK

COP29-da iştirak üçün Bakıya gələnlərin SİYAHISI

“Atamın kölgəsində” - Qarabağ şəhidlərinin əziz xatirəsinə

COP29-un PROQRAMI

Xalq artisti Zəfər günündə konsertlərdə çıxış etdi

COP29-un tədbir məkanı BMT-nin qurumuna VERİLDİ

İmtahandan uğurla keçən müəllimlərin SAYI

COP29-un ilk gününün GÜNDƏLİYİ

"0000 Kilometre” melodramının qala-gecəsi keçirilib

Azərbaycanda COP29 BAŞLADI

COP29-da belə QORUNACAĞIQ