BƏYANAT: Dil, Tarix, Ədəbiyyat fənlərinin tədrisinə sayğı və qayğı ilə yanaşılmasını tələb edirik

07:15 17-08-2020 | icon 1110 | Təhsil
BƏYANAT: Dil, Tarix, Ədəbiyyat fənlərinin tədrisinə sayğı və qayğı ilə yanaşılmasını tələb edirik

Avqustun 15-də “Tarix, dil və ədəbiyyatımızın tədrisinə dair yeni metodologiyaya münasibət” mövzusunda keçirilən konfransda konfrans iştirakçıları Bəyanat yayıb.

 
 
Versus.Az xəbər verir ki, Bəyanatda deyilir:
 
 
"Ali məktəblərdə “Azərbaycan tarixi” fənninin adını dəyişdirib “Azərbaycanın müasir dövlətçilik tarixi” qoyulması, saatının azaldılması, yalnız müasir dövr tarixi ilə məhdudlaşdırılması ölkə ictimaiyyətində ciddi narahatlıq doğurmuşdur.  Ziyalıların həyəcanı sosial şəbəkələrdə geniş ifadəsini tapmış, bu barədə dövlət başçısına müraciət də ünvanlanmışdı. Bu məsələnin Azərbaycan dövlətçiliyinin maraqları yönündə həllini tapacağı Təhsil Nazirliyindən gözlənildiyi halda, nazirlikdən ayrı-ayrı ixtisaslar üzrə göndərilmiş yeni tədris planlarında yalnız fənnin adı əvvəlki kimi saxlanılıb, saatı azaldılmış variantda (qeyd edək ki, “Azərbaycan tarixi” fənninin saatları son illərdə tarix ixtisası üzrə 315 saatdan   210 saata qədər, qeyri-tarix ixtisaslarında 120 saatdan 90, sonra 75, indi isə 60 saata qədər azaldılıbdır)  göstərilməklə, bu fənnin “Azərbaycanın müasir dövlətçilik ənənələrinin yaranmasını, mərhələlərini, formalaşmasını və inkişafını öyrən”diyi bildirilir. “Azərbaycan tarixi” fənninin belə şərhlə təqdim edilməsi Azərbaycanın qədim tarixini, dövlətçilik irsini inkara bərabərdir. Elə bu annotasiyanın yayılması kifayətdir ki, dövlətçiliyimizə qəsd, torpaqlarımıza təcavüz edənlər öz rəsmi sənədimizlə tariximizin də, dövlətçiliyimizin də  müasir olduğunu etiraf etdiyimizi təbliğat vasitəsinə çevirsinlər.
 
 
Vətən tarixinin tələbə gənclər tərəfindən ali məktəblərdə təqdim edilən səviyyədə öyrənilməsi strateji anlamda böyük yanlışlıq, fəsadları milli maraqlarımıza ciddi zərər vuracaq məsuliyyətsizlikdir. Müstəqilliyimizin bərpasının  30-cu ili ərəfəsində, xüsusilə də müharibə şəraitində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi başlıca hədəfimiz olduğu bir dövrdə, milli ruhda böyüyən, Vətən tarixini dərindən bilən nəsillərə ehtiyac olduğu bir vaxtda “Azərbaycan tarixi” fənninin əhəmiyyəti olduqca böyükdür. Dövlət başçısı cənab İlham Əliyevin tarixi irsimizlə bağlı, qədim və orta əsr abidələri, xəritələri ətrafında mülahizələri, gənclərimizin tarixi bilgilərə dərindən yiyələnmək haqqında tövsiyələri  “Azərbaycan tarixi” fənninin daha keyfiyyətli tədrisinə çağırış kimi qəbul edilməli, dərs saatları təminatlı sayda artırılmalıdır.
 
 
Vətən tarixini bilmək vətəndaşın tarixi yaddaşa, varislik düşüncəsinə, torpaq sevgisinə, yurd təəssübkeşliyinə  malik olması deməkdir. Milli şüur, mili mənlik hissləri məhz tarix, xüsusən də Vətən tarixi dərslərində formalaşır.  
 
 
“Azərbaycan tarixi” fənninin tədrisi ilə bağlı yaranmış olduqca gərgin vəziyyətin aradan qaldırılması yönündə  Təhsil nazirliyinin dövlətçiliyimizin mənafeyini ali tutaraq prinsipial mövqe nümayiş etdirəcəyinə inanaraq qısa müddətdə tədris planlarında müvafiq dəyişiklik ediləcəyinə ümid edirik.
 
 
Vətən tarixinin tədrisi ümumxalq, ümumdövlət mənafeli məsələdir, milli təhlükəsizliyimizin təminat sütunlarındandır. Bu məsələdə dünya azərbaycanlılarının həmrəyliyinə güvənərək təhsil sistemimizin çağdaş texnologiyalarla formalaşdırılması prosesində milli varlığımızı səciyyələndirən Dil, Tarix, Ədəbiyyat fənlərinin tədrisinə sayğı və qayğı ilə yanaşılmasını tələb edirik".
 
 
 
 
Elmira Muradəliyeva tarix elmləri doktoru, professor
 
Havva Məmmədova, tarix elmləri doktoru, professor
 
Xeyirbəy Qasımov, tarix elmləri doktoru, dosent
 
Xəqani Məmmədov, tarix elmləri doktoru, professor
 
Sevda Süleymanova, tarix elmləri doktoru, professor
 
Zabil Bayramlı, tarix elmləri doktoru, professor
 
Alı Balayev, tarix üzrə fəlsəfə doktoru, dosent 
 
Almaz Cavadova, tarix üzrə fəlsəfə doktoru, dosent
 
Araz Şamilov, "Tariximizə Sahib Çıxaq" tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyinin sədri
 
Arzu Məmmədova, tarix üzrə fəlsəfə doktoru, dosent
 
Bayram Quliyev, tarix üzrə fəlsəfə doktoru
 
Bəxtiyar Həsənov, tarix üzrə fəlsəfə doktoru, dosent
 
Bəymirzə Şabiyev, tarix üzrə fəlsəfə doktoru, dosent
 
Boran Əziz, tarix üzrə fəlsəfə doktoru, dosent
 
Çingiz Məmmədov, tarix üzrə fəlsəfə doktoru, dosent
 
Dilavər Əzimli, tarix üzrə fəlsəfə doktoru, dosent
 
Elman Mirzəyev, tarix üzrə fəlsəfə doktoru
 
Elmira Süleymanova, tarix üzrə fəlsəfə doktoru, dosent
 
Elvira Lətifova, tarix üzrə fəlsəfə doktoru, dosent
 
Ərrəhman Əhmədov, tarix üzrə fəlsəfə doktoru, dosent
 
Ərşad Həsənov, tarix üzrə fəlsəfə doktoru
 
Faiq Ələkbərov,fəlsəfə üzrə fəlsəfə doktoru, dosent
 
Fərəh Hüseyn, tarix üzrə fəlsəfə doktoru, dosent
 
Fərhad Cabbarov, tarix üzrə fəlsəfə doktoru, dosent
 
Firdovsiyyə Əhmədova, tarix üzrə fəlsəfə doktoru, dosent
 
Habil Həsənov, tarix üzrə fəlsəfə doktoru, dosent
 
Hacı Həsənov, tarix üzrə fəlsəfə doktoru, dosent
 
İradə Qasımova, tarix üzrə fəlsəfə doktoru, dosent
 
Lalə Əliyeva, tarix üzrə fəlsəfə doktoru, dosent
 
Məhəmməd Cəbrayılov. fəlsəfə üzrə fəlsəfə doktoru
 
Mübariz Ağalarlı, tarix üzrə fəlsəfə doktoru, dosent
 
Müzəffər İsayev, tarix üzrə fəlsəfə doktoru, dosent
 
Naibə Əhmədova, tarix üzrə fəlsəfə doktoru, dosent
 
Nurlan Nəsirov, tarix üzrə fəlsəfə doktoru 
 
Rabil Süleymanlı, tarix üzrə fəlsəfə doktoru 
 
Ramin Əlizadə, tarix üzrə fəlsəfə doktoru 
 
Rəna Bayramova, tarix üzrə fəlsəfə doktoru, dosent
 
Rəsul Hüseynli, tarix üzrə fəlsəfə doktoru, dosent
 
Samir Baxşəliyev, tarix üzrə fəlsəfə doktoru
 
Sevinc Ruintən, tarix üzrə fəlsəfə doktoru, dosent
 
Şahlar Şərifov, ilahiyyat üzrə  fəlsəfə doktoru, dosent
 
Şapi Yagizarov, tarix üzrə fəlsəfə doktoru, dosent
 
Ülviyyə İbrahimova, tarix üzrə fəlsəfə doktoru, dosent
 
Vurğun Məmmədov, tarix üzrə fəlsəfə doktoru, dosent
 
Yunis Nəsibov, tarix üzrə fəlsəfə doktoru, dosent
 
Zakir   Kərimov, tarix üzrə fəlsəfə doktoru, dosent
 
Zəhra İslamova, tarix üzrə fəlsəfə doktoru 
 
Cəfər Xanəliyev, baş müəllim (ADPU)
 
Əminə Şirinova, baş müəllim (BDU)
 
İsaməddin Musayev, baş müəllim (ADPU)
 
Qələndər Muxtarlı, baş müəllim
 
Nurlana Cavanşir, baş müəllim (BDU)
 
Paşa Həsənli, elmi işçi
 
Samirə Ramazanova, baş müəllim (ADPU)
 
Səba Hüseynova, baş müəllim (ADPU)
 
Səlimə Quliyeva, müəllim (BDU)

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...