Deputat Cəbrayılın işğalından YAZIR

12:42 23-08-2020 | icon 1771 | Qarabağ
Deputat Cəbrayılın işğalından YAZIR

Səngərləri aşıb o yerlərə getməyim gəlir

CEYHUN MƏMMƏDOV
/deputat/



Azərbaycanın dilbər, füsünkar güşələrindən biri - Cəbrayılın işğalından 27 il ötür. Hər il işğal günü rayon əhalisi tərəfindən izdihamla qeyd olunur, müxtəlif tədbirlər təşkil olunurdu. Bu il məlum səbəblərdən işğal gününü ənənəvi qaydada keçirə bilmirik. Ancaq hamımız yenə həyəcanlıyıq, işğal günü baş verənlər gözümüzün önündə yenidən canlanır, ürəyimiz sızıldayır, o yerləri yenidən görmək eşqi ilə alışıb-yanırıq. 



1991-ci ildə rayonu tərk edərək xaricə təhsil almağa yollandım. Yalnız 1993-cü ildə tətil vaxtı yenidən rayona qayıtdım. Həmin dövrdə tez-tez atışmalar baş verirdi. Biz rayon mərkəzini ermənilərin tez-tez topla atəşinə tutması səbəbindən Araz qırağındakı kəndimizə köçmüşdük, hamı narahat və gərgin idi. Kənddə bir az qaldıqdan sonra təhsilimi davam etdirmək üçün yenidən xaricə yollandım. Bir müddətdən sonra rayonun işğal olunması barədə xəbər gəldi. Ağır vəziyyət idi. Rayon camaatının çoxu evlərini tərk edərək, bir günün içində hər şeylərini itirmişdilər. Çoxunun gecə qalmağa belə yeri yox idi. 


Bəzən dostlar sual verirlər: Cəbrayılı necə xatırlayırsan? Deyirəm bütün yuxularımı öz rayonumuzda, kəndimizdə, evimizdə görürəm. Gün ərzində o yerləri özümdən asılı olmayaraq xəyalən gəzirəm. Bəzən burnumun ucu göynəyir, doluxsunur, qəhərlənirəm. Ağır, heç kimə arzulanmayacaq duyğular və hisslərdir. Ancaq nikbinəm, içimdəki inam ölməyib, o torpaqlara bir də qayıdacağımıza heç şübhəm yoxdur. 
Bir neçə dəfə Cocuq Mərcanlıya səfər etmişəm. Oradan doğulduğum, böyüyüb boya-başa çatdığım kəndə təxminən 13 kilometr, rayon mərkəzinə 30 kilometrdir. Cocuq Mərcanlı Cəbrayılın bizdə olan yeganə kəndidir. Vətənin hər qarışı doğma və əzizdir. Ancaq bu kənddə başqa hisslər keçirirsən, oradan Cəbrayılın qoxusu gəlir, səngərləri aşıb o yerlərə getməyim gəlir. 



Bu gün dünyada ciddi proseslər gedir. Dövlətlərin yenidən bölüşdürülməsi planları var. Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmayıb. Dünyada çoxlu xalqlar və dillər var, ancaq onların hamısına dövlət qurmaq nəsib olmayıb. Müstəqillik böyük nemət və xoşbəxtlikdir. Bu gün qarşıda duran ən vacib vəzifə bu müstəqilliyi və gücü qorumaqdır. 


Düşmən çox hiyləgər və məkrlidir. Yeni işğallar və qarşıdurmalar barədə planlar cızır. Bizi Naxçıvan və Gəncənin işğalı ilə hədələyir. Buna imkan verməmək bizdən asılıdır. Biz əminik ki, Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə o torpaqlara mütləq qayıdacağıq. Buna nail olmaq üçün öncə ölkəmizdəki sabitliyi, əmin-amanlığı və birliyi qorumalıyıq. Bu gün düşmənin əsas məqsədi ölkəmizdə sabitliyi, birlik və bərabərliyi pozmaqdır. Bunun baş verməməsi üçün həmrəyliyimizi və ölkəmizdəki sabitliyi qorumalıyıq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi