MİQ müsabiqəsində yüksək bal toplayan müəllimə

16:33 25-08-2020 | icon 1720 | Təhsil
MİQ müsabiqəsində yüksək bal toplayan müəllimə
“Təəssüf ki, diqqətsiz oldum, yoxsa...” – MİQ-də  57 balla fərqlənən xanım

 14 avqustdan müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahan mərhələsinə start verilib.

 

 

Yüksək nəticə göstərənlərdən biri ibtidai sinif müəllimi Nərmin Davudovadır. O, MİQ müsabiqəsinin test mərhələsində 57 bal toplayaraq  vakant yer seçimində iştirak etmək hüququ əldə edib.

 

 

Versus.az AzEdu.az -a istinadla MİQ müsabiqəsinin ibtidai sinif müəllimliyi üzrə rekordçusu Nərmin Davudovanın imtahan təəssüratlarını təqdim edir:

 

 

 "2012-2017-ci illərdə Naxçıvan Müəllimlər  İnstitutunda təhsil almışam. İkinci ildir ki, MİQ müsabiqəsində iştirak edirəm. Bu il uğurlu nəticə əldə edə bildim".

 

 

"Əlavə vaxta ehtiyac olduğunu bildirənlərdən biri də mən idim"

 

 

Gənc müəllim namizəd  bu il imtahanda baş verən yenilikləri yüksək dəyərələndirdiyini bildirdi:

 

 

"Təhsil Nazirliyi tərəfindən müsabiqədə edilən dəyişiklikləri yüksək qiymətləndirirəm. Xüsusilə  kurikulumda baş verən yeniliklər çox lazımlıydı. Təhsil Nazirliyi müəllimlərə müsabiqə ilə bağlı təkliflər deməyi tapşıranda cavablarımıza baxmaq üçün əlavə vaxta ehtiyac olduğunu bildirənlərdən biri də mən idim. Keçən il müsabiqədə iştirak etdiyim zaman cavablara təkrar baxa bilməmişdim və buna görə də çox narahat idim. Builki imtahanda 10 dəqiqəlik əlavə vaxtdan səmərəli şəkildə faydalandım".

 

 

 Müəllim imtahana salınan sualların səviyyəsinin o qədər çətin olmadığını vurğuladı:

 

 

 "İmtahandan məntiq fənnindən aid olan suallar çıxarılsa da, düşünürəm ki, sualların çətinlik səviyyəsinə bu nisbətən təsir etdi. Xüsusilə kurikulum fənnində bunu hiss etdim. Ümumilikdə imtahan asan keçdi, hətta bundan daha çətin gözləyirdim. Suallarla tanışlıqdan sonra 60 bal da toplamaq olar deyə düşündüm. Sadəcə biraz diqqətsizlik etdiyim üçün bəzi sualları səhv cavabladım. Həmçinin qeyd edim ki, imtahanda sanitar-epidemioloji qaydalara da çox ciddi riayət olunurdu".

Nərmin müəllim  MİQ müsabiqəsi üçün hazırlıq prosesindən də danışdı və digər namizədlərə bəzi detallarda diqqətli olmağı tövsiyə etdi:

 

"MİQ müsabiqəsi üçün 5 aydır ki, hazırlaşıram. İnstensiv hazırlığa isə 3 ay vaxt sərf etdim. Kurikulum fənnindən özüm hazırlaşdım, riyaziyyat və Azərbaycan dilindən isə müəllimlərlə birgə. Yaşadığım əraziyə uyğun (Abşeron rayonu, Mehdiabad qəsəbəsi) vakant yer verilsə, oradakı məktəbdə  çalışmaq istəyərəm.

 

Bütün müəllimlərə tövsiyə edirəm ki, ilk olaraq bacaracaqlarına inansınlar və əzmlə bu yolda çalışsınlar. Ciddi hazırlaşan hər kəs uğur əldə edir".

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...