45-50 yaşdan sonra arıqlamaq istəyənlər oxusun

09:23 27-08-2020 | icon 2754 | Sağlamlıq
45-50 yaşdan sonra arıqlamaq istəyənlər oxusun

Rəna Bayramova: “Yaşınızın artmasından qorxmayın, özünüzü formaya salın və ətrafınızdakıları heyran qoyun”

 

İnsanın özünə qarşı diqqətli olması hər bir yaşda gözəldir. 45-50 yaş ərəfəsində olan əgər hər şeyin onlar üçün gec olduğunu düşünürlərsə, o zaman arıqlamalarının da öz əllərində olduğunu bilməlidirlər.

 

Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının Pediatr Kliniki dietoloqu RƏNA BAYRAMOVA bu dəfə Versus.Az-ın oxucularına 45-50 yaş arası insanların artıq çəki problemindən və arıqlamanın mümkünlüyündən danışıb.

 

Dietoloqumuz deyir ki, 50 yaş ərəfəsində olan qadınların çəkisinin artması bir-çox faktorlardan asılı olur. Onun sözlərinə görə, arıqlamaq istəyən və yaşı 50 olan qadınlar əvvəlcə özlərini psixoloji cəhətdən buna hazırlamalıdırlar:

 

 

“Qadınların çoxu bu yaş dövründə arıqlayacaqlarına əmin olmurlar. Bu səbəbdən də onlar ətrafdakılardan kömək gözləyirlər. Bunun səbəbi isə onlarda özlərinə qarşı inamın olmamasıdır. İnamsızlıq isə bu yaşdan sonra arıqlamanın çətin olduğunu düşündükləri üçün baş verir. 50 yaşından sonra arıqlamağa başlamazdan əvvəl mütləq psixoloji hazır olmaq lazımdır. Çünki, arıqlamağa başlayanların əksəriyyəti yarı yoldan geri dönür, bu da çəkinin daha da artmasına səbəb olur. 50 yaşdan sonra arıqlamaq istəyən və arıqlayan qadınlara hamı heyranlıqla baxır. Bu səbəbdən də yaşınızın artmasından qorxmayın, özünüzü formaya salın və ətrafınızdakıları heyran qoyun.


50 yaşdan sonra arıqlamaq istəyənləri hər zaman bir sual daha çox düşündürür: bu yaşdan sonra arıqlamaq üçün qidalanma və içki rejimi necə təyin olunmalıdır? Rəna xanım deyir ki, hər şey qəbul edilən qidalardan və içilən içkilərin tərkibindən və miqdarından asılıdır:

 

 

“Arıqlamaq üçün gün ərzində ən azı 2 litr su içilməlidir. Qəbul edilən qazlı suların miqdarı tam azaldılmalıdır. Çay və kofe də mədə üçün məhlul sayılır. Təmiz su həzm sistemini normallaşdırır. Hər axşam yatmazdan əvvəl 1 stəkan otaq tempraturunda olan su içib yatmaq 50 yaşdan sonra insanın arıqlamasına yardım edir. Axşamlar su içmək mədəni dolduraraq aclıq hissinin aradan qalxmasına yardm edir. Düzdür, bu, qısamüddətli olur və sonra adam yenidən aclıq hiss edir. Buna görə də ən yaxşısı axşamlar acqalmamaq üçün salatlara üstünlük verilsin. Belə bir resepti sizə təqdim edəcəm. Yox, əgər salat hazırlamağa tənbəllik edəcəksizsə, ozaman axşamlar su içmək və acmadan əvvəl tez yuxuya getmək lazımdır”.

 

Rəna xanımın sözlərinə görə, insanlar 30 yaşa kimi yediklərindən aslı olsa da, daha böyük yaşda artıq hormonal sistemdən aslıdılar. Və sağlam çəkiyə qəlmək, arıqlamaq və ya kökəlmək hər 5 il daha cətin olur:

 

 

“Bəzən düşünürük ki, arıq adama kökəlməyə nə var ki?! Əsla elə deyil! Arıq insanın da hormonal pozulmaları varsa, kökəlmək çətin olur. Buna görə də mən hər kəsə ayrı-ayrı yanaşıram. Hər insanın artıq çəkisinin və ya əksik çəkisinin səbəbini öyrənirəm öncə. Sonra pasientin özü ilə bərabər o səbəbi aradan qaldırıram ki, çəki yenidən qayıtmasın”.

 

Dietoloq deyir ki, dietinin əsas amili ac qalmamaqdır. Çünki insan ac qaldıqda hüceyrələri normal doğulmur, sistemlər pozulur.

 

SAĞLAM CƏKİYƏ GƏLİN

 

Rəna xanımın həftədə 2-3 dəfə istifadə ediləcək reseptini təqdim edirik:

 

“Gözəl” salatı

 

1 ədəd sarı rəngdə bolqar bibəri;

2 ədəd qırmızı rəngdə bolqar bibəri;

70 qram göbələk;

30 qram sarı quru pendir;

1/2 dəst şüyüt;

1 dəst cəfəri;

1/2 ədəd limon.

 

Göbələkləri yuyun, qurudun, tavada parda gəşəng bişirin, sonra 1 çay qaşığı gədər kərə yağında 3-4 dəqiqə gızardın.

Tərəvəzləri yuyun. Bibərlərin içini yuyub, toxumları çıxarıb atın, iri doğrayın. Pendiri tyorkadan keçirin və göyərtiləri xırda-xırda doğrayın. Hazır olduqdan sonra limonu üzərinə sıxın.

Duz/pul bibər bu salata VURULMUR‼

Nüş olsun. Axşam isti xörək əvəzinə istifadə edin.

QEYD: Salatın tərkibində göbələk olduğu üçün bu salatdan istifadə həftədə 2 dəfə olmalıdır.

 

“Badımcan” salatı

 

1 orta badımcanı götürün, dilimlərə kəsin və sobada (duxovkada) bişirin. 2 orta xiyarı götürün, onları da nazik dilimlərə kəsin. Kahı yarpaqlarıyuyub, qurudub əvvəlcə boşqaba qoyursuz. 1 xörək qaşığı yulaf əzməsini sonunda üzərinə səpirsiz. 1 çay qaşığı istənilən bitki yağını (zeytun, üzüm toxumu yağı, kətan, küncüt və ya balqabaq yagı ola bilər).

 

Öncədən kahı yarpağını boşqabda yayırıq, üstünə hazır badımcan və çiy xiyar qoyuruq, yağ vurub, yulaf əzməsi səpirik.

Nus olsun.

 

 

 

DİQQƏT!

 

Əgər sağlam şəkildə arıqlamaq istəyirsinizsə, müalicə üçün Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin həkimi, Kliniki Dietoloq Rəna Bayramovaya müraciət edə bilərsiniz:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95

MOB: (055) 254-05-03

WhatsApp: +970-569-020-120

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bayrağımız Qarabağda dalğalanmadıqca içimiz rahat deyildi, bu gün isə..."

Zəfər gününün ruhu, qüdrəti ilə vüqarla dalğalanan BAYRAĞIMIZ

“Zəfərimiz, bayrağımız müqəddəsdir, mənfurların vurduğu ləkəni götürməz”

İTP başqanı Prezident İlham Əliyevi TƏBRİK ETDİ

Qulağınızda gizlənən təhlükəli XƏSTƏLİK

COP29-da iştirak üçün Bakıya gələnlərin SİYAHISI

“Atamın kölgəsində” - Qarabağ şəhidlərinin əziz xatirəsinə

COP29-un PROQRAMI

Xalq artisti Zəfər günündə konsertlərdə çıxış etdi

COP29-un tədbir məkanı BMT-nin qurumuna VERİLDİ

İmtahandan uğurla keçən müəllimlərin SAYI

COP29-un ilk gününün GÜNDƏLİYİ

"0000 Kilometre” melodramının qala-gecəsi keçirilib

Azərbaycanda COP29 BAŞLADI

COP29-da belə QORUNACAĞIQ