Müəllim olmaq istəyən 1607 namizəd üçün imtahan keçirilir
Avqustun 27-də ibtidai sinif müəllimi olmaq istəyən namizədlər üçün növbəti test imtahanları keçirilir.
Təhsil Nazirliyindən Versus.Az-a verilən xəbərə görə, imtahanlarda 1607 namizədin iştirakı nəzərdə tutulur.
Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"