Qızına nişan etdiyi üçün cəzalandırılan vəzifəli şəxslə bağlı AÇIQLAMA

12:14 27-08-2020 | icon 383 | Təhsil
Qızına nişan etdiyi üçün cəzalandırılan vəzifəli şəxslə bağlı AÇIQLAMA

Təhsil Nazirliyi Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanovanın qızı Mehparə Əzizovaya karantin zamanı nişan etməsi ilə bağlı məlumatlara münasibət bildirib. 

 

Versus.Az xəbər verir ki, nazirlikdən bildirilib ki, vətəndaşların pandemiya dövründə karantin rejiminin qaydalarına əməl etmələri barədə nəzarət funksiyasını aidiyyəti qurumlar həyata keçirir:

 

“Bununla bağlı müvafiq qurumlara müraciət etməyiniz tövsiyə edilir. Təhsil Nazirliyi hər kəsin qaydalara əməl edəcəyinə, ümumi sağlamlığımız üçün tədbirli davranacağına ümidvardır”.

 

Xatırladaq ki, iyulun 9-da Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanovanın qızı Mehparə Əzizovanın Ağdam rayonu Quzanlı qəsəbəsində nişan mərasimi keçirilib.

 

Mehparə Əzizovanın Ağdam Rayon İcra Hakimiyyətinin işçisi olan Fəzəməli Nurlan Muradxan oğlu ilə nişanlandığı və nişan mərasimində rayonun icra hakimiyyətinin yüksək vəzifəli şəxslərinin iştirak etdiyi iddia edilib. 

 

Mətanət Misirxanova ötən gün redaksiyamıza açıqlamasında karantin qaydalarını pozduğuna görə haqqında Ağdam Rayon Polis Şöbəsi tərəfindən inzibati protokol tərtib edildiyini də bildirib. /oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...