Daha 9 ailə Livandan Qarabağa köçürüldü
Versus.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə qondarma Qarabağ rejiminin rəhbəri Araik Arutunyan Erməniastanın Diaspor İşləri üzrə komissarı Zare Sinanyanla görüşdə deyib.
“Livandakı erməni icmasını qorumağa çalışmalıyıq. Amma başqa ölkəyə köçməyi qərara alan soydaşlarımız üçün ən ideal yer Qarabağa köçməkdir”- deyə Arutunyan açıqlama verib. O, ailələrin yerləşməsi üçün qabaqcadan evlərin ayrıldığını söyləyib.
Hazırda Qarabağa Livandan 2 ailə köçürülüb. Qondarma rejim rəhbərliyi daha 150-200 erməni ailəsini Qarabağda qəbul etməyə hazır olduqlarını bildiriblər. Köçürülmə prsoesi Yerevandan gəlmiş kuratorların vasitəsilə aparılır.
Livandan Azərbaycanın işğal altındakı Qarabağ torpaqlarına daha 9 ailə köçürülüb.Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"