Bu halda məktəblərin fəaliyyəti dayanacaq
Məktəblərdə kütləvi yoluxma olarsa, həmin təhsil müəssisəsinin fəaliyyəti dayandırılacaq.
Versus.Az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, belə hallarda ümumi yox, lokal yanaşmanın tərəfdarıdırlar:
“Əgər biz müşahidə etsək ki, hər hansı təhsil müəssisəsində kütləvi yoluxma halları aşkarlanıb, o təhsil müəssisəsinin fəaliyyəti ya məhdudlaşdırılacaq, ya da tamamilə dayandırılacaq. Amma söhbət yalnız bir yoluxma faktı ilə bağlı deyil”.
Xəbər lenti
COP29 iştirakçısının 3618-i jurnalistdir
Dünyanın əksər ölkələrinin media qurumlarının təmsilçiləri...