Bu ölkələrdə də dərslər 1 sentyabrda başladı...

08:12 03-09-2020 | icon 681 | Təhsil
Bu ölkələrdə də dərslər 1 sentyabrda başladı...

Rusiyada sentyabrın 1-dən məktəb, kollec və universitetlər yeni tədris ilinə başlayıb.  “Bilik günü” üçün ənənəvi məktəb düzülüşləri keçirilib. Bununla bərabər, onların açıq havada və məhdud iştirakçı sayı ilə keçirilməsi tövsiyə olunub. Əksər məktəblərdə mərasim yalnız birinci sinif şagirdləri və məktəb məzunları üçün keçirilib. Övladını birinci sinfə aparmaq üçün gələn valideynlər qoruyucu maska taxmalı olublar.

 

Məktəb girişlərində həm şagirdlər, həm də müəllimlərin bədən istiliyi və koronavirus əlamətlərinin olub-olmaması yoxlanılıb, potensial xəstələr dərslərə buraxılmayıb.

 

İkincisi, fərqli siniflərdən olan şagirdlərin bir-biri ilə təmasları məhdudlaşdırılıb. Fasilələr zamanı məktəblilərin toplanmasının qarşısını almaq üçün cədvələ müəyyən dəyişikliklər edilib. Kütləvi tədbirlər (Bilik günü xaricində) qadağan olaraq qalıb.

Qeyd edək ki, məktəblilər üçün maska taxmaq məcburi deyil. Müəllimlərin maska taxması məsələsi isə bölgə rəhbərliyi tərəfindən müəyyən ediləcək. Valideynlər isə məktəbə yalnız maska taxaraq girə biləcək, kütləvi iştiraklara isə icazə verilməyəcək, belə ki, bütün valideyn iclasları onlayn keçiriləcək.

Bununla yanaşı, qaydalara əsasən Moskva da daxil olmaqla, bir çox regionlarda uşaqların bir hissəsi evdə qala bilər: əgər valideynlər uşağı məktəbə buraxmağa qorxurlarsa, həmin uşaq “məsafəli tədrisdə” qalaraq və tapşırıqları internet vasitəsilə alaraq, yerinə yetirə bilər.

Rusiyalı məktəblilər koronavirus dövründə mümkün qədər çox eyni sinifdə oturacaqlar, otaqdan otağa keçən isə müəllimlər olacaqlar. Müxtəlif siniflər üçün dərslərin başlanmasının müxtəlif vaxtlarını tətbiq etmək göstərişi verilib ki, girəcəklərdə və soyunma otağında hər dəfə sıxılıq yaranmasın.

Bu və digər məhdudiyyətlər hələlik 1 yanvar tarixinə qədər qüvvədə qalacaq.

Versus.az xəbər verir ki, Rusiyada yaşayan jurnalist Emin Rüstəmov hazırda bu ölkədə təhsillə bağlı vəziyyət haqda “Yeni Müsavat”a danışıb: “Sentyabrın 1-də mənim övladım da məktəbə, 3-cü sinfə getdi. Qeyd edim ki, övladım ötən il 1-ci sinifdə, effektiv məktəbdə təhsil alırdı. Qaydalara əsasən effektiv məktəbdə təhsil alan şagirdlərin 1-ci sinifdən 3-cü sinfə keçmək imkanı olur.

Övladım və digər şagirdlər koronavirus testindən keçməyiblər. Lakin məktəbin bütün pedaqoqları mütləq şəkildə testdən keçirlər.

Məktəblərdə gigiyena, təmizlik, dezinfeksiya məsələlərinə ciddi yanaşılır.

Tədris formasına gəldikdə isə yuxarı sinif şagirdlərinin dərs saatı 45 dəqiqədən 30 dəqiqəyədək azaldılıb.  Maksimum dərəcədə sosial məsafənin saxlanılması gözlənilir. Sıxlıq problemi yaşanmasın deyə şagirdlər siniflərə ayrı-ayrı qapılardan daxil olurlar. 

Rusiyada adətən məktəblərin hər birinin bir neçə korpusu olur. Bir korpusda 1-4-cü sinif şagirdləri, digər korpuslarda isə yuxarı sinif şagirdləri təhsil alır.

Şagirdlərin maska taxması vacib deyil, yalnız tövsiyə olunur".

Emin Rüstəmov qeyd edib ki, Rusiyada bağçalar da sentyabrın 1-dən tədrisə başlayıb:

“Digər övladım da bağçaya gedir. Məktəblər kimi bağçalarda da təmizlik və digər qaydalar gözlənilir”.

Emin Rüstəmovun sözlərinə görə, valideynlər dərslərin sentyabrın 1-dən açılmasına narazı yanaşmır:

“Əksinə, hamı istəyirdi ki, nəhayət ki, uşaqlar evdən çıxsın, dərslərə başlasın. Rusiyada, ümumiyyətlə, karantin rejimi mövcud deyil. Sadəcə, sosial məsafə gözlənilir, qapalı yerlədə maska taxılması tələb olunur, dezinfeksiya, təmizlik qaydalarına riayət olunur”.

Qeyd edək ki, Ukraynada da tədrisə sentyabrın 1-dən start verilib. Bu ölkənin Odessa şəhərində yaşayan soydaşımız, “Yeni Müsavat” qəzetinin keçmiş əməkdaşı Anar Natiqoğlu qeyd edib:

“Ukraynada dərslər adi qaydada başladı. Ənənəvi qaydada bütün 1-ci sinif şagirdləri dərslərə girdi.

Koronavirusa qarşı testdən keçmək tələbi olmadı. Sadəcə, 1-ci sinif şagirdlərindən ənənəvi sağlamlıq barədə arayış tələb edildi. 

Rəsmilər bildirir ki, Ukrayna yenidən sərt karantin rejiminə qayıtmasa, universitetlərdə mühazirələr bir həftə ənənəvi, bir həftə isə onlayn qaydada keçiriləcək".

Təkcə Rusiya və Ukrayna deyil, dünyanın bir çox ölkələrində şagirdlər sentyabrın 1-dən dərsə gediblər. Həmin ölkələrdən biri də İngiltərədir.

Şotlandiya və Şimali İrlandiyada isə təhsil avqust ayından başlayıb. Təhsil Departamenti tövsiyə edib ki, orta məktəblərdə 11 yaşından başlayaraq hamı dəhliz və digər ümumi məkanlarda maska taxsın.

Estoniyada da dərslər sentyabrın 1-dən başlayıb. Ölkə rəsmiləri qeyd edib ki, əgər pandemiyanın ikinci dalğası başlayarsa, təhsil qiyabi aparılacaq.

Qonşu Türkiyədə isə dərslər avqustun 31-də başlayıb, lakin distant formada. Məlumata görə, distant təhsil 18 sentyabr cümə gününə qədər davam edəcək və tutulmuş plana uyğun olaraq, əyani tədris sentyabrın 21-dən həyata keçiriləcək.

Azərbaycana gəldikdə, məlum olduğu kimi, ölkəmizdə ali və orta məktəblərdə yeni tədris ili sentyabrın 15-də başlayacaq. Təhsil naziri Emin Əmrullayev açıqlamasında bildirib ki, sentyabrın 15-dən ibtidai siniflərdə dərslərin həftədə 2 və ya 3 dəfə məktəbdə keçiriləcək. V-XI sinif şagirdləri sentyabrın 15-də dərslər onlayn şəkildə başlayacaq, oktyabrın 1-də isə epidemioloji vəziyyətdən asılı olaraq, onlar məktəbə tədricən qayıdacaqlar. Hələlik bu, həftədə 2, ya 3 dəfə nəzərdə tutulub.

Nazir qeyd edib ki, əgər epidemioloji vəziyyət uyğun olarsa, oktyabrın 15-dən X-XI sinif şagirdlərinin məktəbə qayıtması planlaşdırılır. Əgər hansısa ailədə kiminsə qızdırması varsa, şagirdin məktəbə gəlməməsi tövsiyə edilir.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...