Ermənistan yenə də riyakarlıqla məşğuldur

10:18 03-09-2020 | icon 1698 | Qarabağ
Ermənistan yenə də riyakarlıqla məşğuldur

Təcavüzkar Ermənistanın son zamanlar Xarici İşlər naziri səviyyəsində verdiyi açıqlamalarda münaqişənin sülh yolu ilə həlli danışıqlarının bərpa olunması cəhdlərini müşahidə edirik. Hətta bu cəhdləri Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Rusiyaya rəsmi səfəri zamanı səsləndirdiyi bəyanatlarla əlaqələndirmək istəyi də göz qabağındadır.

 

Versus.az bildirir ki, bunu XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in nümayəndəsinin bu ilin 2 sentyabr tarixində mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, Ceyhun Bayramovun Moskva XİN-də mətbuat brifinqində söylədiklərini yəqin ki, Ermənistan tərəfi yaxşı dinləyib; belə ki, nazir Ceyhun Bayramov Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyinin beynəlxalq hüququn norma və prinsiplərinə, başda BMT Təhlükəsizlik Şurasının qətnamələri olmaqla beynəlxalq təşkilatların sənəd və qətnamələrinə əsaslandığını və münaqişənin sülh yolu ilə həlli çərçivəsində Azərbaycanın ərazilərinin işğaldan azad olunması və məcburi köçkünlərin öz evlərinə geri qayıtmasının zəruri olduğunu vurğulayıb. Bu, Azərbaycanın dəyişilməz mövqeyidir və münaqişənin tənzimlənməsi üzrə aparılan istənilən danışıqların məğzini məhz Ermənistanın işğalçı siyasətinin nəticələrinin aradan qaldırılması təşkil etməlidir.

Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf rayonlarından Ermənistanın işğalçı qüvvələri çıxacağı təqdirdə, nə atəşkəsə, nə onun möhkəmləndirilməsinə, nə də araşdırma mexanizminə ehtiyac qalmayacaq.

Görünən odur ki, Ermənistan yenə də riyakarlıqla məşğuldur. Bir tərəfdən sülh prosesindən danışdığı halda, digər tərəfdən iki ölkənin sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatın ardınca təmas xəttində sabotaj aktı törətməyə cəhd göstərmiş, Azərbaycan şəhərlərinin bombalanması hədələri ilə çıxış etmiş və Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırma siyasətini davam etdirməkdədir.

Bundan əlavə, Ermənistan Baş nazirinin və Xarici İşlər nazirinin danışıqlar prosesinə qeyd-şərtlər irəli sürməsi və heç bir hüquqi, siyasi əsası olmayan iddialarla çıxış etməsi danışıqların pozulması məqsədi daşıyır.

O ki qaldı, Ermənistan XİN-in mətbuat katibinin Rusiyanın Ermənistanı silahlandırması ilə bağlı Azərbaycanın rəsmi mövqeyinə, Azərbaycanın diplomatik potensialına dair fikir bildirilməsinə, qısa şəkildə onu deyə bilərəm ki, Ermənistandan fərqli olaraq, Azərbaycan öz milli maraqları əsasında müstəqil xarici siyasət yürüdür və Azərbaycan diplomatları bu siyasəti layiqincə həyata keçirirlər. Tarixən digər dövlətlərin xarici siyasətində bir alət olan, 29 illik müstəqillik dövründə belə müstəqil siyasət yürütməyin nə olduğunu bilməyən Ermənistanın diplomatik potensial əldə etmək üçün ən azı növbəti 29 ilə ehtiyacı var".

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı