Anti-Azərbaycan nəşrinin arxasında kim durur?

11:05 04-09-2020 | icon 644 | KİV
Anti-Azərbaycan nəşrinin arxasında kim durur?

Rusiyanın “Nezavisimaya qazeta” qəzetində yayınlanan məqalədə Azərbaycan və Türkiyəyə qarşı yazılıb. Məqalədə iki tezis ortaya atılıb. Birincisi, guya 500 nəfərə yaxın türkman əsilli suriyalı döyüşçü Azərbaycana gətirilib. İkincisi, Türkiyənin Naxçıvanda döyüş təyyarələrindən ibarət gücləndirilmiş hərbi bazası var. Yazının müəllifi Vladimir Muxin heç bir etibarlı mənbəyə istinad etmədən, əsaslı faktlar gətirmədən oxucuların fikirlərini manipulyasiya etməyə çalışıb.

 

Azərbaycan Müdafiə Nazirliyi qəzetdə yazılanları təkzib edib və məqalə müəllifini sifariş yerinə yetirməkdə ittiham edib.

 

Bəs “Nezavisimaya qazeta”da anti-Azərbaycan yazıların sifarişini kim verir və hədəf nədir? Bu qəzet Rusiyada hansı dairələrə yaxındır?

 

Versus.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu bildirib ki, türkman əsilli suriyalı döyüşçülər bu gün elə öz vətənlərinə və Türkiyəyə lazımdırlar ki, PKK və onu törəmə təşkilatları ilə mübarizəni davam etdirsinlər. Onları bu müqəddəs işdən ayırmaq olmaz. Bunu Moskvada da anlayırlar. Ermənistan hakimiyyəti ordusuna rəsmən muzdluları toplamağa çalışır. Bu bir dövlətin ordusunun hansı vəziyyətdə olduğunu göstərir: “Görünür, erməni lobbisi və Moskvada onlara bağlı mərkəzlər ”Azərbaycan da Suriyadan muzdlu toplayır" gedişi ilə bizə cavab verdiklərini zənn edirlər.

Elxan Şahinoğlu: “Erməni dili universitetlərimizdə peşəkar tədris  olunmalıdır”

 “Nezavisimaya qazeta”ya dövlət əhəmiyyətli sifarişli yazılar əsasən Kremldən  ötürülür. Bunu Rusiyanın ekspert dairələrində bilməyən yoxdur. Bəs bu yazı nəyə xidmət edir?

Moskva Bakının “sərhəddəki insidentdən sonra Ermənistana nə məqsədlə 400 ton yük daşımısız” iradına “Nezavisimaya qazeta” vasitəsilə cavab verib ki, “siz də Türkiyənin hərbi bazalarına yaşıl işıq yandırırsız”. Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında belə bir cümlə var: “Müdafiə Nazirliyi olaraq rəsmi surətdə bildiririk ki, Azərbaycan ərazisində nə hər hansı xarici ölkənin hərbi bazası, nə də heç bir digər qeyri-qanuni silahlı birləşmə yoxdur”.

Həmin məqaləni yazdıran sifarişçiyə Bakının elə bu təkzibi lazım idi. Yazıdakı tezislər təkzib edilməklə yanaşı, Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlığın inkişafının labüd olduğu da vurğulanmalıdır. Çünki bir gün Türkiyənin həqiqətən Naxçıvanda hərbi bazası formalaşarsa ki, buna bizim tam haqqımız çatır, həmin məqalənin müəllifi  deyəcək ki, bunu əvvəlcədən yazıb.  Məqalə müəllifi yazıda bir neçə gün əvvəl Türkiyənin Bakıdakı səfirliyi qarşısında keçirilən mitinqdə səsləndirilən “Türkiyə ordusu, Azərbaycanda qal!” şüarına istinad edib. Məqalə müəllifi şübhələnib ki, bu, təşkil olunmuş mitinq idi. Azərbaycan cəmiyyətində “Türkiyə ordusu, Azərbaycanda qal!” istəyini dilə gətirənlər az deyil və bunu artıq gizlətmək mümkün deyil".

Elşən Mustafayev: “Müxalifətçiliyi monopoliyaya almaq yolverilməzdir” -

AMİP sədrinin müavini, politoloq Elşən Mustafayev isə bildirib ki, Rusiya kütləvi informasiya vasitələrində Azərbaycan əleyhinə bu şəkildə  yazıların olması ilk hadisə deyil. Mütəmadi olaraq belə yazıların şahidi olmuşuq: “Amma hər zaman belə yazılar,  yaxud  tv verilişləri olanda bir nüansa xüsusi fikir verirəm. Bu təbliğatı hansı media qrupları aparır və onların arxasında kimlər dayanır. Mütəmadi olaraq əleyhimizə yazılar, verilişlər hazırlayan KİV-lər ya ermənilərin rəhbərlik etdiyi media qurumları, ya da onların sifarişlərini təmənnalı və ya təmmənasız həyata keçirənlər olub. Rusiyanın hakim elitası isə çox vaxt həmin təbliğatın onların mövqelərini əks etdirmədiyini bildiriblər. Amma bir çox hallarda elə mətbuat orqanları bizim üzərimizə gəlməyə başlayır ki, onları yuxarıda göstərdiyim kriteriyalara aid etmək mümkün deyil. Haqqımızda qərəzli olaraq yazı vermiş ”Nezavisimaya qazetanı"  da bu cərgəyə aid edirəm. Qəzetin birbaşa hakimiyyətə yaxınlığı, hətta onların siyasətini müdafiə etməsi heç kimə sirr deyil. Qəzetin sahibi  Konstantin Remçikov varlı biznesmen olması ilə bərabər  müxtəlif zamanlarda yalnız siyasi hakimiyyətin icazə verə biləcəyi müxtəlif ictimai-siyasi vəzifələrdə çalışmışdır. Buna misal olaraq onun 2018-ci ildə Moskva şəhərinin meri seçkilərində indiki mer Serqey Sobyaninin seçki qərargahının rəhbəri olmasını və hazırda böyük biznes fəaliyyətindən əlavə Moskva şəhər İctimai Palatasının sədri olmasını göstərmək olar. Yəni onun qəzetində Azərbaycan əleyhinə yazının getməsi sözsüz ki, hakimiyyət içindən gələn sifarişin nəticəsidir. Bu yazının rəsmi Bakının Ermənistana silah daşımasında Rusiyanı ittiham etməsindən, Prezidentin açıq şəkildə etirazını bildirməsindən  və bu etirazı telefon danışığında şəxsən Putinə bildirməsindən sonra ortaya çıxması təsadüfi deyildi".

Politoloq xatırlatdı ki, son zamanlar Rusiya və Azərbaycan arasında hansısa gərginliklər yaşanır. Bu gərginliyin bəzi görünən tərəfləri Türkiyə ilə Azərbaycan arasında hərbi yaxınlaşmanın indiyədək görünməmiş halda olması, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı Azərbaycanın kəskin mövqeyi ilə əlaqədar olmasını deyə bilərik: “Amma əsas səbəblər hələlik bizim bilmədiyimiz və amma çox güman ki, milli təhlükəsizliyimiz, ölkəmizin siyasi gələcəyinə təhdid yarada biləcək məsələlərlə bağlıdır. Yəni rəsmi Kreml əlində olan hələlik orta caplı KİV-lərlə  nəbz yoxlamaq siyasəti aparır. Düşünürəm ki, Azərbaycan rəhbərliyi hazırda mövcud  soyuqluğun yaranmasına səbəb olan faktorların əsas hissəsini ictimaiyyətə açıqlamalıdır ki,  gələcəkdə qarşı tərəf  bu təhdidləri daha böyük miqyasda etməkdən çəkinsin. Necə ki, Yunanıstan səfirini qəbul edərkən acıq şəkildə hər şeyi anlatdı və hamı da bunu gördü. Çünki Rusiyanın ən çox qorxduğu fakt bizim kimi ölkələrdə əhalinin əksəriyyətinin Rusiyaya qarşı münasibətinin mənfi istiqamətdə ciddi dəyişməsi təhlükəsidir. Hansı ki, ölkəmizdə bu tendensiya artıq gedir. Rusiyanın belə addımları isə prosesi daha da sürətləndirə bilər”.

Qabil Hüseynli: “Minsk Qrupunun davranışı ermənilərin çörəyinə yağ sürtməyə  bənzəyir” » Reyting.az

Politoloq Qabil Hüseynli bildirib ki, “Nezavisimaya qazeta” “müstəqil qəzet” mənasını versə də, reallıqda heç bir müstəqilliyi olmayan, birbaşa Kremlin ideoloji tapşırıqlarını yerinə yetirən bir qurumdur. “Azərbaycandakı suriyalı döyüşçülər Ermənistana qarşı blitskriqə hazırlaşır” adlı məqalədə başdan-ayağa yalan, həqiqəti əks etdirməyən, bir o qədər də gülünc iddialar səsləndirilib. Məqalənin sifarişli olduğu isə aydın sezilir. Düşünürəm, Azərbaycan-Rusiya münasibətlərinin həssas olduğu bir zamanda belə bir yazının verilməsi məqsədyönlü, düşünülmüş bir addımdır.

Azərbaycana Suriyadan döyüşçülərin gətirilməsi barədə xəbər açıq-aydın dezinformasiyadır və reallığı əks etdirmir. Bu gün Azərbaycanın nə Suriyadan gəlmələrə, nə də türkman qardaşlarının köməyinə ehtiyacı var. Azərbaycanın güclü, modern, dövrün ən yeni silahları ilə təchiz edilmiş, hər an hər şəraitdə döyüşməyə qadir ordusu var. Azərbaycan Ordusu öz gücünü aprel və son Tovuz döyüşlərində göstərdi. Düşmənə qarşı həm hücum, həm də müdafiədə nə qədər üstün olduğumuz bəllidir. Digər tərəfdən, Azərbaycanın peşəkar ordusundan əlavə, kifayət qədər ehtiyatda olan hərbçiləri, səfərbərliyə yararlı vətənpərvər gəncləri var. Bu məqaləni yazan şəxsin bir az savadı olsaydı, aprel döyüşü, Tovuz hadisələri zamanı səfərbərlik elan edilmədiyi halda könüllü döyüşmək istəyən gənclərin rəsmi siyahısı haqda maraqlana bilərdi. Təkcə Tovuz hadisələri zamanı 50 mindən artıq könüllü vətənpərvər gənc müharibəyə getmək üçün səfərbərlik bölmələrinə, hətta ölkə başçısı Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanladı. Bunu bütün dünya gördü. Bu faktlar olduğu halda Rusiyada məlum qəzetin uydurmalardan ibarət yazı yazması sifarişin olduğundan xəbər verir"./Yeni Müsavat/

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı