Avtomatla Qarabağda atəş açan erməni axçisinə Azərbaycan qadınlarından reaksiya

11:17 04-09-2020 | icon 1498 | Qarabağ
Avtomatla Qarabağda atəş açan erməni axçisinə Azərbaycan qadınlarından reaksiya

 

Ermənistanın baş naziri Paşinyanın arvadı Anna Akopyan Azərbaycanın işğal altındakı torpaqlarında hərbi təlimlərə qatılıb, “Kalaşnikov” avtomatı ilə səngərdən atəş açıb. Xatırladaq ki, Anna Akopyan 2018-ci ildə Ermənistan və Rusiyadan olan bir sıra tanınmış qadınlarla birlikdə qoşunların təmas xəttində antimilitarist çağırışlar etmiş,  Qarabağda əlində gül dəstəsi ilə görünmüşdü. Bugünlərdə isə o, “Qadınlar sülh naminə” təşəbbüsünün ənənəvi fəalları ilə birlikdə erməni xüsusi təyinatlılarının kamuflyajını geyinib, Qarabağdakı hərbi poliqonlardan birində döyüş təlimi keçib. Yayılan fotolarda Akopyanın “Kalaşnikov” avtomatı ilə səngərdən Azərbaycan kəndlərinin dinc sakinlərini hədəf aldığı əks olunub. Onun bu cür davranışı Ermənistan mətbuatında da şaşqınlıq və təəccüblə qarşılanıb.

Novella Cəfəroğlu: “Biz hökumətlə danışmağı bacarırıq” - MÜSAHİBƏ |  Report.az

Versus.az xəbər verir ki, mövzu ilə bağlı hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a danışıb: “Anna Akopyan bir dəfə hamını sülhə çağırdı. İndi bu qadının əlinə avtomat alıb, müharibə çağırışı etməsi, qadınlara hərbi təlimlər keçməsi böyük qalmaqaldır. Bu məsələni, həmin fotoları bütün dünyaya yaymaq lazımdır ki,  baş nazirin arvadı ölkəni müharibəyə, terror çağırır. Bunlar qadına xas olmayan xüsusiyyətdir, amma ermənilərin hamısnın siması belədir. Əgər bu gün Ermənistanın birinci şəxsinin arvadı əlinə avtomat alırsa, bu o deməkdir ki, onların siyasəti müharibə, terrordur. Amma biz müharibə bölgəsində yaşayan insanlara təlimlər veririk ki,  əgər müharibə başlayarsa, qadın və uşaqları, yaşlıları zonadan necə çıxartmaq, atəşdən necə qorumaq lazımdır. Amma onların birinci ledisi atəş açmağı, insanları necə öldürməyi öyrədir. Biz hüquq müdafiəçiləri hamımız Anna Akopyanın əlində avtomatla olan və təlimlərdə iştirakı ilə bağlı fotolarını bütün səfirliklərə göndərmişik. Bu məsələdə mətbuat, media da biganə qalmamalı, məsələni bütün dünyaya çatdırmalıdır.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı isə bunları deyib: “Öncə onu qeyd edim ki, bütün hüquq müdafiə təşkilatları, dövlət və qeyri-hökumət qurumları bu məsələ ilə bağlı bəyanat yaymalı və dünyaya çatdırmalıdır. Bu, ölkənin birinci şəxsinin arvadının ölkəni müharibəyə çağırışı deməkdir. Düşünürəm ki, Anna Akopyanın psixi durumu da yoxlanılmalıdır. Böyük ehtimalla koronavirus pandemiyası ona da psixoloji təsir göstərib. Hamı bilir ki, uzunmüddətli karantin rejimi insanlarda güclü psixoloji pozuntular yaradıb. Eləcə də Akopyan da pandemiya qurbanı olub. Çünki ortada ikili standart var. İki il öncə hətta Azərbaycan qadınlarını da sülhə çağırırdı, indi isə əlinə avtomat alıb, atəş açır. Bir daha qeyd edirəm, Akopyanın qadın batalyonu yaratması, onlara hərbi təlimlər keçməsi, sonra isə silahla şəkillər çəkdirib yayması radikal müharibə çağırışıdır. Onun bu addımı bütün dünya tərəfindən pislənilməlidir”.

Versus.az 

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...