Analıq məzuniyyətində olan müəllimlər diaqnostik qiymətləndirmədə iştirak edəcəklər?
Son zamanlar sosial şəbəkələrdə, böyük təhsil qrupları və səhifələrdə analıq məzuniyyətində olan müəllimlərin diaqnostik qiymətləndirmədə iştirak etməyəcəyi söylənilir.
Versus.az İnsan Resursları Mərkəzinə istinadən xəbər verir ki, sosial məzuniyyətdə olan müəllimlərin diaqnostik qiymətləndirilmə imtahanında iştirakına hər hansısa məhdudiyyət qoyulmayıb.
Qeyd edək ki, Təhsil Nazirliyi diaqnostik qiymətləndirmə imtahanının keçirilməsi barədə əvvəlcədən məlumat verəcək.
Versus.az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"