ATƏT-in Minsk Qrupunun həmsədrlərinə ÇAĞIRIŞ

09:59 06-09-2020 | icon 1361 | Qarabağ
ATƏT-in Minsk Qrupunun həmsədrlərinə ÇAĞIRIŞ

Tural Gəncəliyev: "Ermənistanın məqsədi Azərbaycan ərazilərinin ilhaqına nail olmaqdır"

 

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyev Ermənistanın sülh prosesini pozmaqda davam etməsini şərh edib.

 

Versus.az-ın xəbərinə görə, millət vəkili qeyd edib ki, işğalçı Ermənistan əvvəllər qəbul etdiyi “Madrid prinsipləri”ndən Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı qondarma rejimin dili ilə imtina etdiyini bəyan etməkdədir.

 

T.Gəncəliyevin sözlərinə görə, Ermənistan bu addımları ilə sülh prosesini pozmaqda davam edir və münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını nümayiş etdirir: 

 

"Bir daha aydın olur ki, Ermənistanın məqsədi Azərbaycan ərazilərinin ilhaqına nail olmaqdan ibarətdir. Son günlər xüsusilə Azərbaycanın işğal olunmuş ərazilərində təşkil edilmiş şoular, qondarma qurumun “rəhbər”inin açıqlamaları onu deməyə əsas verir ki, Ermənistanın siyasi rəhbərliyi Azərbaycana qarşı növbəti hərbi təxribat törətməyə hazırlaşır. Biz beynəlxalq ictimaiyyəti, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədrlərini Ermənistanın cəzasızlıqdan həvəslənərək atdığı belə təxribatçı addımlara qarşı sərt mövqe nümayiş etdirməyə çağırırıq".

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...