Ombudsman Məleykə Abbaszadəyə müraciət etdi

10:37 07-09-2020 | icon 824 | Təhsil
Ombudsman Məleykə Abbaszadəyə müraciət etdi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bir qrup abituriyent tərəfindən Ombudsmana edilmiş müraciət əsasında Dövlət İmtahan Mərkəzinə (DİM-ə) məktub ünvanlayıb.

 

Ombudsman Aparatından Versus.Az-a verilən məlumata görə, müraciətdə koronovirus pandemiyası ilə əlaqədar olaraq məktəblərin bağlanması, həmçinin qrup halında məşğələlərin məhdudlaşdırılması ilə bağlı abituriyentlər üçün yaranmış çətinliklər, internetə fasiləsiz çıxışın olmaması səbəbindən bəzi abituriyentlərin onlayn dərslərə qoşulmasında ortaya çıxan problemlər, imtahan vaxtlarının dəyişdirilməsi məsələsi və bütün bunların nəticədə həmin abituriyentlərin imtahanlarda yüksək bal toplamasına mane olduğu qeyd olunub.

 

Abituriyentlərin Müvəkkilə müraciətini və bütün dünyada olduğu kimi ölkəmizdə də koronovirus epidemiyasının daha geniş yayılmasının qarşısını almaq üçün görülən tədbirlərin normal həyat şərtlərini dəyişməsini, eyni zamanda cari ilin məzunlarının əvvəlki illərin abituriyentləri ilə müqayisədə daha gərgin psixoloji vəziyyətdə olmasını nəzərə alaraq, Ombudsman Səbinə Əliyeva müsabiqə şərtlərinin yumşaldılması müsabiqə şərtlərinin və yaranmış vəziyyətlə bağlı müvafiq köməklik göstərilməsi ilə bağlı DİM rəhbərliyinə müraciət edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...