Livandan Ermənistana və Qarabağa 1300 erməni köçürülüb
Livandan Ermənistana və Azərbaycanın işğal altındakı Qarabağ torpaqlarına kütləvi köç davam edir.
Versus..az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ötən gün Beyrutdan gələn təyyarə reysi ilə Yerevana daha 185 erməni gətirilib. Son 2 ayda bu Beyrut-Yerevan marşrutu üzrə sayca 10-cu təyyarə reysidir. Bu təyyarə reysləri ilə toplan 1300 erməni Livandan Ermənistana gətirilib.
Xatırladaq ki, Livan ermənilərinin bir qismi Azərbaycanın işğal altındakı Qarabağ bölgəsinə - Xankəndi, Şuşa şəhərlərinə, Laçın və Kəlbəcər rayonlarının ərazisinə yerləşdirilir.
Versus.az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"