"Pandemiya səbəbindən nəticələrin zəif olacağı gözlənilirdi"

13:21 09-09-2020 | icon 795 | Təhsil
"Pandemiya səbəbindən nəticələrin zəif olacağı gözlənilirdi"

Elçin Əfəndi: "Nəticələr ötən illə müqayisədə daha yaxşıdır"

 

Ali məktəblərə bu il keçirilən qəbul imtahanlarında abituriyentlərin göstərdiyi nəticələr ötən illə müqayisədə daha yaxşıdır.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib: 

 

“Bu ilki nəticə ötən ilkindən daha yaxşı oldu, bu gözlənilən deyildi. Pandemiya səbəbindən nəticələrin zəif olacağı gözlənilirdi. Balları müqayisə edəndə görürük ki, həqiqətən də bu il nəticələr heç də pis deyil”. 

 

Lakin sosial şəbəkələrdə I qrup üzrə imtahan verənlərin  göstəricilərinin zəif olması müzakirə edilir. Belə ki, 0-100 bal toplayanların sayının kifayət qədər yüksək olduğu qeyd edilir.

 

Ekspert isə bildirdi ki, 0-100 bal arası nəticə göstərənlərin çoxu əvvəlki illərdə məktəbi bitirənlərdir:

 

“Düzdür, aralarında bu il məktəbi bitirinlər də var. Problem var, amma böyüdüləcək qədər deyil. Çünki şagirdlər pandemiya şəraitində çətinliklə hazırlaşırdılar. Mart ayından sonra belə bir vəziyyətlə üz-üzə qaldığımız halda, göstərilən nəticəni yüksək qiymətləndirmək olar. Amma bu təsəlli ola bilməz, daha çox çalışılmalıdır, geniş praktikalardan və innovativ təhsildən istifadə olunmalıdır”. 

 

Xatrıladaq ki, builki qəbul imtahanlarında I qrup üzrə 600-dən çox bal toplayanların sayı ötənilki göstəricilərdən çoxdur. Keçən il qəbul imtahanlarında 600-dən çox bal toplayanların sayı 553 nəfər olub. 

 

0-100 bal arası nəticə göstərənlərin sayı 16, 100 baldan yuxarı nəticə göstərənlərin sayı isə 84 faiz olub. Keçən il I qrupda 100 baldan yuxarı nəticə göstərənlər 79 faiz idi, bu il daha çox abituriyent 100 baldan yuxarı nəticə göstərib.

 

Bu il qəbul imtahanlarında 600-dən çox bal toplayanlar ümumi iştirakçıların 2,15 faizini təşkil edir. Belə ki, II ixtisas qrupu üzrə 600-dən çox bal toplayanların sayı 215 nəfər (keçən il 404 nəfər), III ixtisas qrupu üzrə 550 nəfər (keçən il 604 nəfər), IV ixtisas qrupu üzrə 353 nəfər (keçən il 378 nəfər) olub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...