Dərslərin distant keçirilməsi müəllimlərin maaşına təsir edəcək?

11:48 11-09-2020 | icon 361 | Təhsil
Dərslərin distant keçirilməsi müəllimlərin maaşına təsir edəcək?

"Müəllimlərin bu məsələ ilə bağlı narahatlığına səbəb yoxdur"

 

Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində bəzi dərs məşğələlərinin distant (məsafədən) formada keçirilməsinin müəllimlərin əməkhaqlarının məbləğinə təsir edib-etməyəcəyini açıqlayıb.

 

Versus.Az xəbər verir ki, nazirlikdən bildirilib ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə xüsusi tədris planlarına uyğun təşkil olunacaq.

 

Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na əsasən, təhsilverənlərə əməkhaqqının hesablanmasında distant (məsafədən) formada tədris edilən dərs yükü nəzərə alınacaq:

 

"Ümumiyyətlə, şagirdlərin keçməyəcəyi dərslər olmayacaq. Məktəblərdə tədris olunan bütün fənlər üzrə dərslər keçiriləcək. Bunlar 3 yolla olacaq - dərslər ya ənənəvi, ya distant formada, ya da teledərslər vasitəsilə keçiriləcək. Məsələn, idman dərsi ənənəvi qaydada olmasa belə, distant formada keçiriləcək. Bütün bunlar sonda müəllimlərin maaşlarının ümumi məbləğinə təsir göstərməyəcək. Ona görə də hesab edirik ki, müəllimlərin bu məsələ ilə bağlı narahatlığına səbəb yoxdur". /modern.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...